Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Nissan-dan Böyük Britaniyaya 3 milyard funt sterlinq investisiya

Nissan akkumulyator istehsalı və infrastruktur da daxil olmaqla üç modelə 3 milyard funt-sterlinqə qədər sərmayə qoyacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Nissan-dan Böyük Britaniyaya 3 milyard funt sterlinq investisiya
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yaponiyanın Nissan şirkəti Böyük Britaniyada 3 milyard funt sterlinq investisiya yatıracaq.

Marja xəbər verir ki, Şirkətdən verilən açıqlamaya görə, Nissan Britaniya, Sunderland zavodunda istehsal etdiyi üç modelin tam elektrik versiyasını istehsal edəcək. Bu çərçivədə Nissan Qashqai, JUKE və LEAF modellərinin tam elektrik versiyaları istehsal olunacaq.

Nissan-ın planına Sanderlend-daki EV36Zero mərkəzində 3 milyard dollara üç meqa zavod qurmaq və üç elektrik avtomobili (EV) istehsalı daxildir.

Həm avtomobil, həm də akkumulyator istehsalı EV36Zero Microgrid tərəfindən dəstəklənəcək. Burada külək və günəş elektrik stansiyaları da olacaq.

Nissan-ın baş icraçı direktoru (CEO) Makoto Uchida deyib:

"EV36Zero layihəsi bizim Böyük Britaniyanın ən böyük avtomobil zavodu olan Sunderland fabriki gələcəyə baxışımızın mərkəzindədir. Bu o deməkdir ki, Böyük Britaniya komandamız gələcəyin avtomobillərini dizayn və istehsal edəcək, bizi Avropada Nissan üçün tam elektrik gələcəyinə aparacaq".

2030-cu ilə qədər Nissan-ın Avropadakı bütün yeni avtomobilləri 100 faiz elektriklə işləyəcək.

24.11.2023 21:39

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar