Azərbaycan bankı Avropanın nüfuzlu şirkətilə 8.5 milyonluq kredit müqaviləsi imzaladı
AccessBank və Enabling Qapital Ltd ilə daha bir kredit müqaviləsi imzalayıb.
Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq (MKOB) üzrə aparıcı bankı olan AccessBank Avropanın nüfuzlu investisiya şirkəti olan Enabling Qapital Ltd ilə 8.5 milyon AZN dəyərində kredit müqaviləsi imzalayıb.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, 3 il müddətinə ayrılan məbləğ Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətlərini dəstəkləyir və onların ortamüddətli maliyyələşdirməyə davamlı çıxışını təmin edir.
AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri: “Biz Enablig Qapital ilə əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq. Bu artıq cari il ərizində ikinci kreditdir və AccessBank-a Azərbaycanda rəqabət qabiliyyətini və biznes mühitini daha da gücləndirmək üçün regionlara xüsusi diqqət yetirməklə Mikro və KOS (kiçik və orta sahibkarlar) bizneslərinin maliyyələşdirilməsini genişləndirməyə imkan verəcək. Mən bir daha “Enabling Qapital” şirkətinə əməkdaşlığa görə təşəkkür etmək istərdim və yaxın gələcəkdə əməkdaşlığımızın daha da güclənəcəyinə ümid edirəm”.
Qeyd edilib ki, Enabling Qapital Ltd (EQ) investisiyaların maliyyə və sosial gəlir gətirdiyi aparıcı təsiredici investisiya məsləhət şirkətidir. EQ-in iqtisadi, sosial və ətraf mühitə müsbət təsir göstərmək missiyası EMF Microfinance və Spark+ Africa Fund daxilində təxminən 600 milyon ABŞ dolları məbləğində aktivlər üzrə məsləhətlər verir. Şirkətin İsveçrə, Lixtenşteyn, Lüksemburq və Keniyada qeydiyyatdan keçmiş ofisləri və Şərqi Avropa, Afrika, Asiya və Latın Amerikasını əhatə edən bir çox ölkədə 50-dən çox komanda üzvü var.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
10 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
