Birbank Biznes bizneslə məşğul olanlara növbəti onlayn xidməti təqdim edir

(®) Birbank Biznes bizneslə məşğul olan şəxslər üçün onlayn xidmətlərin çeşidini genişləndirməkdə davam edir. Budəfəki yenilik bank qarantiyası məhsuluna aiddir. Belə ki, müştərilər “Sürətli tender” üzrə qarantiya məktubunu Birbank Biznes vasitəsilə tam olaraq onlayn şəkildə ala bilərlər.
Yeni rəqəmsal xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, filiala gələrək vaxt itirməyə və kuratora, bank əməkdaşına müraciət etməyə ehtiyac yoxdur. Qarantiyanın ayrılması üçün sahibkarlar Birbank Biznes vasitəsilə müraciət edə bilərlər. Müraciət ərizəsi isə avtomatik sistem vasitəsilə formalaşır. Daha sonra müştəri ərizəsini ASAN imza ilə təsdiq edərək, məktubu tam olaraq onlayn formada əldə edir.
Birbank Biznes-in “Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.
Qeyd edək ki, Birbank Biznes-də sahibkarların hər gün istifadə etdiyi bir sıra məhsullar var:
- Qarantiya məhsulları: tender, icra, avans, keyfiyyət, ödəniş, gömrük qarantiyası və s.
- Sürətli tender
- Nağd təminatlı qarantiya
- Biznes overdraft
- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi üzrə: faktorinq, satışın
maliyyələşdirilməsi, təchizat öncəsi maliyyələşmə
- Gömrük krediti
- Sürətli kredit
- Biznes ipoteka krediti
- Maliyyə lizinqi
- Ənənəvi kredit / Kredit xətti
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://birbank.business saytına keçid alın və ya 896 məlumat mərkəzinə zəng edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat sonra
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
10 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
