Finlandiyalı mütəxəssislərin iştirakı ilə "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 20-dən çox media subyektinin nümayəndələri üçün Finlandiyanın media və böhran kommunikasiyası üzrə ekspertləri tərəfindən "Media və hibrid təhdidlər" mövzusunda seminarlara başlanılıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, seminarın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli ölkəmizdə informasiya məkanının çoxsaylı təhdid və təzyiqlərə məruz qaldığını, Azərbaycana qarşı aparılan dezinformasiyaların qarşısının alınmasının vacibliyini bildirib. Vurğulanıb ki, bu mövzuda Finlandiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə belə seminarların təşkili mühüm töhfə olacaq.
Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen bildirib ki, belə seminarların keçirilməsi mediada hibrid təhlükələrin aşkarlanması, doğru informasiya ilə saxta məlumat arasındakı sərhədin müəyyənləşdirilməsi, hibrid təhlükənin olduğu şəraitdə jurnalistlərin düzgün hərəkət edə bilməsi üçün əhəmiyyətli rol oynayır. O qeyd edib ki, seminarlarda risklərin müəyyənləşdirilməsi və necə mübarizə aparılacağına dair mühüm məsələlər müzakirə ediləcək.
İki gün davam edəcək seminarlarda Finlandiyanın Xarici İşlər Nazirliyinin eksperti Vesa Kekäle, Milli Audiovizual İnstitutun direktor müavini Leo Pekkala və Fövqəladə Təchizat Təşkilatı “Mediapooli”də Hazırlıq bölməsinin rəhbəri Tero Koskinen “Media savadlılığı”, “Finlandiyada media savadlılığı işinin necə təbliğ edildiyi, uğurlu nümunələr”, “Keçid periodunda media”, “İnformasiya manipulyasiyasının təsviri, informasiya manipulyasiyası üçün ilkin şərtlər”, “Medianın rolu: jurnalistika və qərar qəbul edənlər arasında əlaqə”, “İnformasiya manipulyasiyasına qarşı dayanıqlılıq: hökumət tərəfindən əks tədbirlər daxil olmaqla bütün cəmiyyət yanaşması”, “Finlandiyada ənənəvi medianın situasiya məlumatlılığının təhlili”, “Finlandiyada jurnalistika infrastrukturu: Xəbər mediasına güvən” və s. mövzularda çıxış edəcəklər. Eyni zamanda “Azərbaycanın media landşaftında situasiya məlumatlılığının təhlili”, “Təhlildə müəyyən edilmiş riskləri necə prioritetləşdirmək, praktikada riskləri necə həll etmək olar?” mövzusunda vörkşopun keçirilməsi nəzərdə tutulub.
Seminarların yekununda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















