"AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq"
Bakı ilə İslamabad arasında uçuşların sayı artırılacaq“Biz turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyirik".
Marja xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat bəyanatı zamanı deyib.
Şahbaz Şərif əəlavə edib: "Mən çox məmuniyyətlə qeyd edə bilərəm ki, AZAL tezliklə Bakıdan İslamabada uçuşlara başlayacaq. Təbii ki, Pakistan Beynəlxalq Hava Yolları da əməkdaşlıq edəcək. Bildiyim qədəri ilə Lahora və Kəraçiyə də reyslər açıla bilər. Mən bu məsələləri müzakirə etmək üçün Azərbaycanın nəqliyyat nazirini Pakistana səfərə dəvət edirəm”.
XXX
"Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayı artırılacaq".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.
Pakistanın Baş naziri Şahbaz Şərifin bu səfərinin yaxşı nəticəsinin olacağını deyən dövlətimizin başçısı, həmçinin qeyd edib: “Təhsil sahəsində də böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır. Biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar var və bu gün onlar müxtəlif sahələrdə təhsil alıb qayıdaraq ölkəmizə töhfələrini verirlər”.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
2 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























