Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxslərə dair tələblər sərtləşdirilir
Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edəcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir. Layihəyə əsasən, bu orqan Mərkəzi Bank olacaq. Ərizəyə qeyri-rezident hüquqi şəxsin nizamnaməsinin, filialın yaradılması barədə səlahiyyətli idarəetmə orqanının qərarının, qeyri-rezident hüquqi şəxsin ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatının və auditor rəyinin qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış surəti də əlavə olunmalıdır.
Qüvvədə olan qanuna görə, ərizəyə təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış əlavə edilirdi. Artıq təsisçinin iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması şərti də olacaq. Başqa sözlə, ərizəyə təsisçinin (təsisçilərin) (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması haqqında məlumat və təsisçi (hüquqi şəxs olduqda icra orqanının rəhbəri) əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun iqtisadi sahədə cinayətlərə görə məhkumluğunun olmaması barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış əlavə olunmalıdır.
Layihədə ərizəyə aşağıdakıların da əlavə olunması tələbi əksini tapıb:
- təsisçi hüquqi şəxs olduqda – onun adını, ünvanını, kommersiya fəaliyyətinin növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti, təsisçi xarici hüquqi şəxs olduqda isə əlavə olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son üç maliyyə ili (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illəri və ya ili) üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
- təsisçi fiziki şəxs olduqda – onun soyadını, adını, atasının adını və vətəndaşlığını, şəxsiyyətini təsdiq edən sənədin məlumatlarını, daimi yaşayış yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər, təsisçi əcnəbi olduqda (daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olan əcnəbilər istisna olmaqla) isə əlavə olaraq rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət tövsiyələri və/və ya bank hesablarından çıxarışlar;”;
- nizamnamə (şərikli) kapitalının miqdarı, nizamnamə (şərikli) kapitalında hər bir pay sahibinin payı və payın əldə edilməsinə yönəldilən vəsaitin mənbəyi haqqında məlumatlar və sənədlər;
- minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;
- Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasında münasibətlər və benefisiar mülkiyyətçi (mülkiyyətçilər), o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onun icra orqanının rəhbərinin) və idarəetmə funksiyalarını yerinə yetirən şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğuna dair məlumat, həmin şəxslər əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
- Lisenziya alınması üçün müraciətə baxarkən Mərkəzi Bank ərizəçinin nizamnamə (şərikli) kapitalında pay sahiblərinin, benefisiar mülkiyyətçilərinin maliyyə vəziyyəti və nizamnamə (şərikli) kapitalının mənbəyi barədə müstəqil və etibarlı mənbələrdən, habelə aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumatlar əldə edə bilər. Dövlət orqanları (qurumları) Azərbaycan Respublikası Mərkəzi Bankının sorğu etdiyi məlumatı yeddi iş günü ərzində verməlidirlər. Dövlət orqanları (qurumları) sorğu edilən məlumatların dövlət sirri istisna olmaqla, kommersiya sirri, vergi sirri və ya qanunla mühafizə olunan digər konfidensial məlumatlara aid olmasına istinad etməklə həmin məlumatların verilməsindən imtina edə bilməz.
- bu maddəs valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsdə sonradan mühüm iştirak payını əldə etmək istəyən və benefisiar mülkiyyətçi olan şəxslərə də şamil edilir.
- Bu Qanunun məqsədləri üçün müvafiq şəxslərin məhkumluğu Azərbaycan Respublikası Mərkəzi Bankının sorğusu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi arayış əsasında müəyyən edilir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
-
1 saat əvvəl
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Ən çox oxunanlar
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub



















