80, 160 və ya 320 dollarlıq yol vergiləri tamamilə ləğv edilib
Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda həyata keçirdiyi dəyişikliklər ölkəmizin tranzit potensialının, logistika imkanlarının, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması ilə yanaşı, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədindən buraxılış məntəqələrində verilməsinin ləğvi milli avtomobil daşıyıcılarının inkişafı, onların ölkəmizin nəqliyyat-logistika imkanlarından faydalanmaları, beynəlxalq bazardan pay əldə etmələrində mühüm rol oynayacaq. Qanunla müəyyən edilmiş normalar sərnişin avtobuslarına da şamil edilir ki, bu da ölkəmizin turizm potensialının artırılmasına şərait yaradacaq.
Vergi Məcəlləsində həyata keçirilən dəyişiklik isə xarici avtomobillərlə Azərbaycan üzərindən daşınan yüklərin miqdarı və təhlükəlilik dərəcəsinə görə tətbiq edilən vergilərin azaldılmasını və ya tamamilə ləğvini nəzərdə tutur.
Belə ki, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrindəki yükün təhlükəlilik dərəcəsinə görə ödənilən 80, 160 və ya 320 ABŞ dolları məbləğindəki yol vergisi tamamilə ləğv edilib.
Eyni zamanda əvvəllər xarici dövlətlərdə qeydiyyatda olan ağır çəkili avtonəqliyyat vasitələri yüklə birlikdə çəkisi 38 tondan yuxarı olduğu halda yol vergisinə cəlb olunurdusa, indi bu rəqəm 41-ə çıxarılıb. Aparılan təhlillər də göstərir ki, yüklə birlikdə nəqliyyat vasitələrinin çəkisi əksər hallarda 38-41 ton arasında dəyişir.
Qanunvericilikdə edilən dəyişikliklər Azərbaycan üzərindən keçən yükdaşımaların həcminin, xüsusilə Şərq-Qərb Orta Dəhlizinin vaxt və vəsaitə qənaət baxımından cəlbediciliyinin artmasına şərait yaradacaq.
Həmçinin dövlət sərhədindən buraxılış məntəqələrində qeydiyyat proseslərinə sərf edilən vaxt azalacaq ki, bu da daha səmərəli gömrük nəzarətinin aparılmasına imkan verəcək, sərhədkeçmə proseslərini sürətləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















