Bayden amerikalılara 2 bankın çökməsinin “zəncirvari reaksiyaya” gətirib çıxarmayacağına söz verə bilmədi
Bayden qapını arxasınca bağlayaraq səssizcə otağı tərk edib.ABŞ prezidenti Co Bayden Silikon Vadisi Bankının (Silicon Valley Bank - SVB) və Nyu-Yorkda yerləşən "Signature Bank"ın bağlanması ilə bağlı vəziyyətlə əlaqədar çıxışı zamanı ölkə xalqını bu vəziyyətin "zəncirvari reaksiya" ilə nəticələnməyəcəyinə əmin edə bilməyib.
Marja xəbər verir ki, mətbuat konfransı zamanı jurnalistlər Amerika liderindən soruşublar ki, o, amerikalılara ölkənin “zəncirvari reaksiya” ilə üzləşməyəcəyinə söz verə bilərmi?
Bayden qapını arxasınca bağlayaraq səssizcə otağı tərk edib.
FED-in uçot dərəcəsini artırması fonunda bir çox maliyyə qurumlarının balansında olan aktivlərin pisləşməsi səbəbindən Kaliforniyadakı Silikon Vadisi Bankı martın 10-da bağlanıb. Bu, ABŞ-da 2008-ci il böhranından sonra ilk böyük iflasdır. Bundan başqa, Nyu-Yorkun hakimiyyət orqanları sistem riskləri səbəbindən "Signature Bank"ı bağlayıb.
Amerika banklarının səhmləri kəskin ucuzlaşıb
Ticarət məlumatlarına görə, bir sıra ABŞ banklarının səhmləri bazar ertəsi banklar ətrafındakı vəziyyət fonunda əhəmiyyətli dərəcədə ucuzlaşıb.
Saat 18:30-a olan məlumata görə, Western Alliance-ın səhmləri 83,7% ucuzlaşaraq hər səhm üçün 7,04 dollar təşkil edib. First Republic Bank-ın səhmləri 76,76% dəyərdən düşərək 19 dollara, PacWest-in səhmləri 55,55% ucuzlaşaraq 5,49 dollara, Zions-ın səhmləri 35,81% düşərək 26,36 dollara, UMB Financial-ın səhmləri 29,8% ucuzlaşaraq 54,12 dollara geriləyib.
Ümumilikdə ABŞ-ın bank sektoru 7,8% azalıb.
XXX
ABŞ prezidenti Co Bayden müflis olan banklara sərmayə qoyan investorların pul itirəcəyini, onların bilərəkdən belə bir riskə getdiklərini bildirib.
"Bank investorları qorunmayacaq, onlar şüurlu şəkildə riskə gediblər", - Bayden deyib.
"Risk reallaşsa investor pul itirir", deyə prezident vurğulayıb və əlavə edib ki, kapitalizmin mahiyyəti budur.
ABŞ prezidenti Co Bayden ölkənin bank sistemindəki problemlərlə bağlı çıxışında amerikalı vergi ödəyicilərinin müflisləşən kredit təşkilatları səbəbindən itkilərə məruz qalmayacağına ümid etdiyini bildirib
“Vergi ödəyicilərinin heç bir itkiyə məruz qalmaması vacibdir",- o deyib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























