"ABŞ-ın ən böyük banklarından birinin iflası Yaponiyanın maliyyə sisteminə çox təsir etməyəcək"
ABŞ-ın ən böyük banklarından birinin - Silikon Vadisi Bankının (SVB) müflisləşməsinin Yaponiya maliyyə sisteminə ciddi təsir edəcəyi ehtimalı aşağıdır.
Marja xəbər verir ki, belə bir fikri bazar ertəsi keçirilən növbəti mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib.
“Hazırda hesab edirik ki, bu iflasın Yaponiya maliyyə sisteminə ciddi təsir göstərməsi ehtimalı aşağıdır".
Matsuno vurğulayıb ki, Yaponiya hakimiyyəti ABŞ-ın bank sektoru ilə bağlı vəziyyətin gələcək inkişafını diqqətlə izləyir.
Martın 10-da Kaliforniyanın Maliyyə Müdafiəsi Departamenti ABŞ-ın 16-cı ən böyük bankı olan SVB-nin müflis olduğunu elan edib. Bank, ilk növbədə texnologiya sektorunda çalışan işçilərə və vençur kapitalı ilə maliyyələşdirilən şirkətlərə xidmət edirdi. CNN-in məlumatına görə, bu, ABŞ-da 2008-ci il maliyyə böhranından sonra ən böyük bank iflası olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

























