Dolların əsas valyutalara nisbətdə məzənnəsi bir neçə ayın ən yüksək səviyyəsinə çatıb
Çərşənbə günü ABŞ Federal Ehtiyat Sisteminin sədri Pauellin açıqlamaları fonunda dollar əsas valyutalar qarşısında bahalaşıb.Çərşənbə günü ABŞ Mərkəzi Bankının (FED) sədri Jerome Powell-in (Cerom Pauel) faizlərin gözləniləndən daha yüksək səviyyəyə çatdırılmasının lazım ola biləcəyini söyləməsindən sonra ABŞ dolları digər əsas valyutalar qarşısında bir neçə ayın ən yüksək səviyyəsinə qalxıb.
Marja xəbər verir ki, ABŞ dolları/Yapon yeni məzənnəsi bu il ilk dəfə olaraq 200 günlük ortala qiymətin üstünə çıxıb və 0,5% artaraq 137,79-a yaxın olub. Bu son üç aylıq maksimumdur.
Bakı vaxtı ilə saat 10:45-ə olan məlumata görə, Avro/Dollar (EUR/USD) məzənnəsi 1,0528-ə geriləyib, bu da son iki ayın minimumudur. Britaniya funtu, İsveç və Norveç kronu, Çin yuanı, eləcə də Avstraliya və Yeni Zelandiyanın valyutaları ABŞ dolları qarşısında bir neçə aylıq minimuma düşüblər.
Çərşənbə axşamı Senatda danışan Pauell bildirib ki, son məlumatlar ABŞ iqtisadiyyatının gözlənildiyindən daha güclü olduğunu göstərir, ona görə də faizlərin artırılması tempi sürətləndirilməlidir.
Bu gün də Pauellin Konqresdə çıxış edəcək. Paueldən əvvəl Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard və İngiltərə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin üzvü Svati Dhinqra çıxış edəcəklər.
Avstraliya Ehtiyat Bankının daha az sərt siyasət mövqeyinə işarə etməsindən sonra AUD/USD məzənnəsi çərşənbə axşamı günü 2% geriləyib və 0.6568 səviyyəsində ticarət edilib.
Analitiklər bildirirlər ki, FED mart ayında faiz dərəcələrini 0,25 faiz bəndi deyil, 0,50 faiz bəndi artıra bilər. Pauellin açıqlamalarından sonra treyderlər 70% ehtimalla mart ayında FED-in 0,50 bənd faiz artıracağını gözləyirlər.
"IG Markets"in analitiki Tony Sycamore, "Əgər məlumatlar, Pauellin dediyi kimi, gözləntiləri üstələyirsə, o zaman mart ayında faiz dərəcəsinin 0,50 faiz bəndi qaldırılacağı ehtimalı yüksəkdir" deyib.
Dollar indeksi üç aydan çox müddətə ən yüksək həddə - 105,86 səviyyəsinə yüksəlib.
Britaniya funtu/ABŞ dolları məzənnəsi cüzi ucuzlaşaraq noyabrın sonundan bəri ən aşağı səviyyədə - 1,1811 səviyyəsində ticarət edilib.
Qızılın qiyməti 1813 dollaradək, Brent neftinin qiyməti isə 83,39 dollaradək düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 21 d. əvvəl
-
35 d. əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
39 d. əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
46 d. əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
- 48 d. əvvəl
-
2 saat əvvəl
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
-
2 saat əvvəl
Rusiya, İran və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
-
2 saat əvvəl
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
-
3 saat əvvəl
AYİB ilə su və şəhər infrastrukturu üzrə əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
Ən çox oxunanlar
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib
Azərbaycana turist axını 5 faizdən çox artıb
Beynəlxalq reytinq agentliyi Azərbaycanda iqtisadi artımı üzrə proqnozunu açıqlayıb
SOCAR və Samsung E&A anlaşdı






















