Zaur Darabzadə “EY ilin iş adamı” müsabiqəsində “Sosial təsir” nominasiyası üzrə qalib oldu - FOTO/VİDEO
“EY Azərbaycan” tərəfindən beynəlxalq nüfuzlu “EY ilin iş adamı” (Ernst & Young) müsabiqəsinin final mərhələsi keçirilib.
Bu müsabiqə 30 ildən çoxdur ki, təsis edilib və dünyanın 150-dən çox ölkəsində keçirilib.
Bu il müsabiqənin qalibi finalda sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 13 güclü namizəd arasından seçilib. Final mərhələsinə keçid alan namizədlər arasında qalib iyun ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən qabaqcıl iş adamları ilə mübarizə aparacaq.
Final mərhələsində “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə “EY ilin iş adamı” müsabiqəsində “Sosial təsir” nominasiyası üzrə mükafata layiq görülüb.
Zaur Darabzadə qeyd edib ki, “CinemaPlus” 2 illik pandemiya fasiləsindən sonra hesabat dövrünü xalis mənfəətlə bitirib. O, kinoteatr kollektivi və tamaşaçıların dəstəyi ilə bu mükafata layiq görüldüyünü vurğulayaraq, onlara təşəkkürünü bildirib.
Müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib.
“EY İlin İş Adamı” öz cəmiyyətində, ölkəsində və dünyada həyat keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal bir proqramdır. “EY İlin İş Adamı” proqramında iştirak etməklə sahibkarlar öz həmkarları ilə əlaqə qura, bizneslərini böyütmək üçün yeni yollar kəşf edə, şirkət və komanda profillərini yüksəldə bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























