Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC-nin (Manato brendi) əsas rəhbər şəxslərinə 2025-ci ildə ödənilən əmək haqqı və digər qısamüddətli faydaların ümumi məbləği 392 min 70 manat təşkil edib.

Marja.az-ın Şirkətin maliyyə hesabatına əsasən məlumatına görə, 2024-cü ildə bu göstərici 304 min 428 manat olmuşdu. Beləliklə, BOKT-un rəhbər heyətinə ödənilən əmək haqqı və digər qısamüddətli faydalar illik müqayisədə 87 min 642 manat və ya 28,8% artıb.

Hesabatda qeyd olunur ki, şirkətin əsas rəhbər heyəti direktor və direktor müavini daxil olmaqla 3 üzvdən ibarət olub. Bu göstəriciyə əsasən, 2025-ci ildə rəhbər heyətin hər bir üzvünə düşən orta illik ödəniş təxminən 130 min 690 manat, orta aylıq ödəniş isə 10 min 891 manat təşkil edib.

Müqayisə üçün, 2024-cü ildə rəhbər heyətin hər üzvünə düşən orta illik ödəniş təxminən 101 min 476 manat, orta aylıq ödəniş isə 8 min 456 manat idi.

Beləliklə, “SF Azerbaijan”da rəhbər heyətin orta aylıq ödənişi bir il ərzində təxminən 2 min 435 manat artıb.

Qeyd edək ki, hesabatda əsas rəhbər şəxslərin şirkətin təsdiq edilmiş əmək haqqı cədvəlinə və fəaliyyət nəticələrinə uyğun olaraq əmək haqqı və digər imtiyazlar almaq hüququna malik olduqları bildirilir.

SF Azerbaijan Manato BOKT rəhbər heyət rəhbər şəxslər əmək haqqı əməkhaqqı artımı qısamüddətli faydalar rəhbərliyə ödəniş direktor maaşı direktor müavini rəhbər heyətin maaşı Manato rəhbərliyi SF Azerbaijan rəhbərliyi BOKT rəhbərliyi maliyyə hesabatı 2025 maliyyə hesabatı 2024 2025 müqayisəsi maaş artımı orta aylıq ödəniş orta illik ödəniş Marja.az maliyyə xəbərləri BOKT xəbərləri Azərbaycan BOKT sektoru
30.05.2026 08:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19