İsveçrə şirkəti Azərbaycana təkliflər verib
İsveçrə şirkəti Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin tikilməsi üçün təkliflər verib. Zəngilan şəhərində iki mərtəbəli yaşayış binaları olacaqİsveçrənin “sa_partners" şirkəti Azərbaycana təkliflər verib. Azərbaycandan olan tərəfdaşlarımız bizim təkliflərimizə açıq və dəstəkləyici yanaşdılar. Əsas məqsəd bu regionda öz evlərinə qayıdacaq sakinlərin təhlükəsiz, dayanıqlı və ləyaqətli yaşayışını təmin etməkdir.
Bunu Milli Şəhərsalma Forumunda "Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı" sessiyasında İsveçrənin "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari bildirib.
Onun sözlərinə görə, şirkət Zəngilan, Kəlbəcər və Qubadlı üçün planlar verib: “Bu şəhərlərin öz xüsusiyyətləri var. Zəngilanın gözəl landşaftı var və biz bu şəhərin quruculuğunda öz töhfəmizi vermək istəyirik. Şəhər yaşıl olacaq. Şəhərin planı yarımsentrik olacaq. Belə ki, şəhərdə 3 mərkəz olacaq - mərkəz və iki yarım mərkəz. Bu şəhərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunacaq. Şəhərdə yaşıllıq qorunacaq, parklar salınacaq, iki mərtəbəli yaşayış binaları olacaq. Həmçinin şəhərin öz elementləri də binanın inşasında tətbiq olunacaq”.
İsveçrə şirkətinin təmsilçisi Kəlbəcərin Baş planı ilə bağlı deyib ki, orada sağlamlıq turizminin yaradılması üçün əlverişli şərait var və bu, şəhərin Baş planının hazırlanmasında nəzərə alınıb: “Şəhərdə hərəkətlilik əsas konseptdir”.
İsveçrəli nümayəndə Qubadlı ilə bağlı da Baş planı təqdim edib. O deyib ki, bu regionun gözəl su mənzərələri var: “Təbii ki, bu regionda su həm də nadirdir və ehtiyatla istifadə olunmalıdır. Qubadlı üçün "Sponge" şəhər konsepti təklif edirik ki, bu da su ehtiyatlarından səmərəli istifadəyə hesablanıb”.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 43 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























