Rusiyanın ən varlı 25 nəfərinin sərvəti ilin əvvəlindən 17,8 milyard dollar azalıb
Rusiyanın 25 ən varlı iş adamının sərvəti ilin əvvəlindən 17,83 milyard dollar azalıb. Ən çox yanvarda “Sibur” və “Novatek”in direktorlar şurasının üzvü Gennadi Timçenko itirib (2,5 milyard dollar).
Marja xəbər verir ki, bu barədə Bloomberg agentliyinin materiallarından məlum olur.
Milyarderlər İndeksinə (Bloomberg Billionaires Index) görə, ilin əvvəlindən "Severstal"ın sahibi Aleksey Mordaşov 1,67 milyard dollar, "Novatek"in rəhbəri Leonid Mixelson 1,65 milyard dollar itirib.
Agentlik NLMK idarə heyətinin sədri Vladimir Lisinin itkisini 1,18 milyard dollar, MMK idarə heyətinin sədri Viktor Raşnikovun itkisini 1,09 milyard dollar qiymətləndirib.
Bloomberg-in məlumatına görə, biznesmen Roman Abramoviç və Süleyman Kərimovun hər biri 1,08 milyard dollar itirib. Sergey Gordeev - təxminən 0,99 milyard, "Tinkoff Bank"ın təsisçisi Oleq Tinkov - 0,94 milyard itirib.
2012-ci ilin mart ayından etibarən Bloomberg Xəbər Agentliyi planetin 500 ən varlı adamının sərvəti haqqında məlumatları özündə əks etdirən Bloomberg Milyarderlər İndeksini dərc edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
33 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 44 d. əvvəl
-
44 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
























