Azərbaycanda kredit zəmanət fondu yaradıla bilər
Maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üçün Azərbaycanda KOS subyektləri ilə bağlı xüsusi qurumlar yaradıla bilər ki, onlardan biri də kredit zəmanət fondudur.
Bu barədə "Azərbaycan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Sənəddə göstərilib ki, KOS üzrə kredit zəmanət fondunun yaradılması bu subyektlərin maliyyə risklərinin azalması ilə nəticələnə bilər. Bunun üçün yerli valyuta ilə kreditlərə zəmanətlərin verilməsi imkanları araşdırılacaq. Kredit zəmanət fondu KOS subyektlərinin ixrac məqsədləri üçün kredit ehtiyaclarını daha yaxşı ödəmək üçün əlavə imkanlar yaradacaq. Yerli bazara çıxış məqsədilə kreditlərə verilən zəmanətlər daha məhdud səviyyədə təmin ediləcək və bu zaman əsas diqqət orta sahibkarlıq subyektlərinə, daha sonra isə uzunmüddətli perspektivdə mikrosahibkarlıq subyektlərinə yönəldiləcək. KOS subyektlərinə zəmanətlər daha çox yerli valyuta ilə ayrılan kreditlər üzrə veriləcək. Kredit zəmanət fondu tərəfindən pilot layihə kimi, ilk növbədə, yüksək gəlir gətirmək potensialına malik sektorlara, məsələn maşınqayırma və kənd təsərrüfatı məhsullarının emalına yönəlmiş kreditlərə zəmanət verilə bilər.
Həmçinin ayrı-ayrı KOS subyektlərinin seçilməsi meyarları ilkin mərhələdə daha sərt şəkildə müəyyən ediləcək. Belə ki, seçim zamanı əsas üstünlük qəbul olunan səviyyədə idarəçilik mexanizmləri olan, lazımi məlumatlarla tam təchiz olunmuş, qeydiyyatdan keçmiş, eləcə də strateji planı və kredit reyestrində yüksək reytinqi olan təsərrüfat subyektlərinə veriləcək. KOS agentliyi həyata keçirilməkdə olan təşəbbüslərin və fəaliyyət planlarının bütün maraqlı tərəflərlə əlaqələndirilməsini təmin edəcək və KOS subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təkmilləşdirəcək. Agentlik Azərbaycan İqtisadiyyat Nazirliyinin, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, KOS subyektlərinin, bankların və digər maraqlı tərəflərin iştirakı ilə ildə iki dəfə iclaslar təşkil edəcək, mövcud çətinlikləri aradan qaldırmaq üçün hazırlanmış fəaliyyət planlarını müzakirə edəcək. Bundan əlavə, KOS subyektlərinin maliyyə vasitələrinə çıxışında aparılan təkmilləşdirmələri davamlı şəkildə qiymətləndirəcək və kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandıracaq.
Bundan başqa, gələcəkdə Azərbaycanda KOS üzrə reytinq agentliyinin yaradılmasına olan tələbat öyrəniləcək və belə bir qurumun yaradılması məqsədəuyğun olarsa, bu istiqamətdə müvafiq tədbirlər görüləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
5 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
7 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti







.jpg)
















