SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
SOCAR tərəfindən “Italiana Petroli” (IP) şirkətinin səhmlərinin 99,82 faizinin “API Holding”dən alınması prosesi tamamlanıb.
Marja.az SOCAR-a istinadən xəbər verir ki, sövdələşmə bütün zəruri tənzimləyici təsdiqlər alındıqdan sonra yekunlaşdırılıb.
90 ildən artıq tarixə malik “IP Qrup” İtaliyada mobillik və enerji təhlükəsizliyi sahələrində mühüm rol oynayır. Şirkət iki neft emalı zavodu, saxlama obyektləri və ölkə üzrə geniş pərakəndə satış şəbəkəsini əhatə edən inteqrə olunmuş sənaye logistika sistemi əsasında fəaliyyət göstərir.
Bu satınalma nəticəsində IP beynəlxalq enerji şirkəti olan SOCAR-ın tərkibinə daxil olaraq Avropa enerji bazarındakı mövqeyini daha da möhkəmləndirib. Bu xüsusda, İtaliya SOCAR-ın Avropada əsas bazarlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Belə ki, SOCAR Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə İtaliyaya xam neftin əsas təchizatçılarından biridir, eyni zamanda Cənub Qaz Dəhlizi vasitəsilə bu ölkəyə təbii qaz tədarükünün şaxələndirilməsinə töhfə verir. Bu baxımdan, sövdələşmə dəyişən bazar şərtləri və dayanıqlılıq prioritetlərinə uyğun olaraq SOCAR-ın inteqrə olunmuş və davamlı beynəlxalq fəaliyyətinin daha da genişləndirilməsi strategiyasına xidmət edir.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib: “Satınalma prosesinin tamamlanması Azərbaycan ilə İtaliya arasında enerji sektorunda uzun illər ərzində formalaşan əməkdaşlığın mühüm mərhələsidir. Bu, qarşılıqlı etimada və davamlı iqtisadi əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığın məntiqi davamıdır. Bu çərçivədə, SOCAR-ın İtaliyadakı yanaşması davamlılıq, əməliyyat sabitliyi və uzunmüddətli inkişaf prinsiplərinə əsaslanır. IP-nin geniş şəbəkəsini və təcrübəsini öz fəaliyyətimizə inteqrə edərək şirkətin uğurunu şərtləndirən üstünlükləri qoruyur və Avropa bazarındakı mövqeyimizi daha da möhkəmləndiririk. Bu inteqrasiya vasitəsilə beynəlxalq portfelimiz üzrə dayanıqlı inkişafı, sənaye etibarlılığını və uzunmüddətli dəyər yaradılmasını təşviq edirik”.
SOCAR IP-nin bazardakı güclü mövqeyinin, brend nüfuzunun və əməliyyat imkanlarının qorunub saxlanılmasına və daha da təkmilləşdirilməsi prinsipinə sadiqdir. Eyni zamanda şirkət əməkdaşların peşəkarlığının və təcrübəsinin dəstəklənməsini, müştərilər və tərəfdaşlar üçün fasiləsiz fəaliyyətin təmin olunmasını prioritet istiqamət kimi müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 d. əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
46 d. əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
Ən çox oxunanlar
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Biz artan yük axınlarını daha da artırmaq, həm də 3-cü ölkələrdən yükdaşımaları cəlb etmək üçün razılığa gəldik"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























