Qlobal vaksin bazarında amansız rəqabət – kim nə istəyir?
Amerika, Avropa və Asiya qitələri COVID peyvəndləri uğrunda misli görünməmiş yarışa giriblər.Pandemiyanı mümkün qədər tez aradan qaldırmaq və iqtisadiyyatı bərpa etmək üçün qlobal iqtisadi nəhənglərdən tutmuş kiçik ölkələrə qədər hamı təhlükəsiz, etibarlı və davamlı vaksin təchizatında maraqlıdır.
Marja.az-ın araşdırmaları göstərir ki, cari ilin mart ayına olan vəziyyətə görə qlobal miqyasda 308 adda COVID peyvəndi müxtəlif işlənib hazırlanma, kilinik tədqiqat, sınaq və tətbiq olunma mərhələsindədir. Bunlardan 73-ü hazırda klinik tədqiqatlardan keçir, o cümlədən 24-ü I mərhələ, 33-ü II mərhələ, 16-sı isə III mərhələdə sınaqdan keçirilir.
2021-ci ilin mart ayının məlumatlarına görə, artıq 12 peyvənd ən azı bir milli səhiyyə qurumu tərəfindən kütləvi şəkildə istifadə üçün təsdiqlənib. Bunlar ABŞ-ın Pfizer-BioNTech, Moderna və Johnson&Johnson, Çinin BBIBP-CorV, CoronaVac, CoviVac, Convidicea, RBD-Dimer, Rusiyanın Sputnik-V və EpiVacCorona, Böyük Brtaniya və İsveçin birgə Oksford-AstraZeneca və Hindistanın Covaxin peyvəndləridir.
AstraZeneca 2021-ci ildə 3 milyard doza peyvənd istehsal etməyi planlaşdırır. Digər qlobal istehsalçı Pfizer-BioNTech bu il 1.3 milyard doza təchiz edəcəyini bildirib. Bazardakı qalan əsas iştirakçılar – Sputnik V, Sinopharm, Sinovac və Johnson&Johnson hərəsi 1 milyard doza, Moderna 600 milyon, Convidicea isə 500 milyon doza peyvənd istehsal etməyi hədəfləyir.
2020-ci ilin sonuna 10 milyard doza vaksin ölkələr tərəfindən əvvəlcədən sifariş olunmuşdu. Bu sifarişlərin yarısı dünya əhalisinin cəmi 14%-ni təşkil edən yüksək gəlirli ölkələrin payına düşür. Nəticədə daha aşağı gəlirli və yoxsul ölkələr kütləvi peyvəndlənmə imkanından yararlana bilmir, Ümümdünya Səhiyyə Təşkilatının vaksinlərin ədalətli şəkildə və bərabər paylanmasına dair çağırışını isə heç kim vecinə almır. Əvəzində, bir sıra ölkələr onların ərazisində istehsal edilən peyvəndləri ya daha yüksək qiymətlə satın alır, yaxud digər ölkələrə ixracına məhdudiyyət qoyaraq müsadirə edir.
Martın 4-də İtaliya Avstaliyaya göndərilməsi nəzərdə tutulan 250 min doza AstraZeneca markalı koronavirus peyvəndinin ölkədən çıxmasını əngəlləmişdi. ABŞ isə Müdafiə rejimində İstehsalat Qanununa istinad edərək, Moderna, Pfizer-BioNTech və Johnson&Johnson-dan vaksin istehsalında ilk növbədə ABŞ-ın ehtiyaclarını qarşılamağı tələb edir.
Bir sıra ölkələr, o cümlədən Avstraliya, Braziliya, Yaponiya və Tayland AstraZeneca ilə danışıqlar apararaq, maksimum çox sayda vaksini əvvəlcədən rezerv etməyə çalışır. ABŞ həmçinin, Çinin COVID vaksinlərində bazarda hökmranlıq etməsinin qarşısını almaq üçün Yaponiya və Avstraliya ilə birlikdə qlobal peyvənd istehsalçılarından olan Hindistanı dəstəkləməkdə qərarlıdır. 2007-ci ildən etibarən bu dörd dövlət arasında yaradılmış qeyri-rəsmi platforma olan “Dördtərəfli Təhlükəsizlik Dialoqu” və ya qısaca Quad-ın cari ilin martın 12-də Baydenin prezidentliyi dövründə ilk görüşü keçirilmişdir. İlkin razılaşmaya görə bu il 1 milyard vaksinin ABŞ və Yaponiya tərəfindən maliyyələşdirilməsi, Hindistanda istehsalı və Avstraliya vasitəsilə təchizatı planlaşdırılır.
Demək olar ki, bütün vaksinləri kənardan idxal edənAvropanın ən böyük iqtisadiyyatı - Almaniya da COVID peyvəndlərinin daha etibarlı təchizatı üçün hərəkətə keçib. Bu məqsədlə hələ 1921-ci ildə Saksoniya-Anhalt Federal Əyalətinin Dessau şəhərində təşkil edilmiş peyvənd istehsal müəssisənin yenidən qurulması və yerli şirkət IDT Biologikanın AstraZeneca ilə birgə əməkdaşlığı vasitəsilə 100 milyon avro (120 milyon dollar) investisiya yatırılması planlaşdırılır. Şirkət 2022-ci ilin sonundan etibarən aylıq 30-40 milyon doza peyvənd istehsal edəcəyini bildirib.
Azərbaycan da hazırda koronavirusa qarşı peyvənd proqramına dair gücünü səfərbər edib. Səhiyyə Nazirliyi və TƏBİB həm Çinin SinoVac, həm Böyük Britaniyanın AstraZeneca, həm də Rusiyanın Sputnik V peyvəndlərinin ölkəmizə gətirilməsi ilə bağlı tədbirləri davam etdirir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
6 saat əvvəl
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
-
6 saat əvvəl
Bakı metrosundan “BakuBus” “Bakı Taksi Xidməti”nin ona qoşulması barədə açıqlama
-
7 saat əvvəl
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
-
7 saat əvvəl
"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
-
7 saat əvvəl
“Trendyol Plus” Azərbaycanda: 10 ödənişsiz çatdırılma və xüsusi endirimlər
-
7 saat əvvəl
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
- 7 saat əvvəl
-
7 saat əvvəl
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
-
8 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb
Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək olub
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
San-Marino da Azərbaycandan təbii qaz almaq istəyir - SOCARDA GÖRÜŞ
“Alp Delux” şadlıq evinin ətlərində at DNT-si aşkarlanıb
“BakuBus” və “Bakı Taksi Xidməti” ləğv edilir
“Bakı Metropoliteni” yenidən təşkil ediləcək - FƏRMAN
"İnflyasiya pronozlarının artırılması, növbəti aylarda faizlərin də artırılacağı demək deyil"







.jpg)







.jpg)







