"Azərmaş Group" istiqraz buraxılışı yolu ilə 10 milyon dollar borc alır
Azərbaycanda avtomobillərin yığılması və satışı fəaliyyətləti ilə məşğul olan "Azərmaş Group" MMC istiqraz buraxılışı yolu ilə 10 milyon dollar cəlb edir.
Marja xəbər verir ki, Şirkət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar buraxır.
İstiqrazların illik faiz dərəcəsi 9%-dir.
İstiqrazların faiz ödəniş hər 3 aydan bir həyata keçiriləcəkdir.
"1-ci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi 9 faiz təşkil edir, 2-ci buraxılış üzrə isə istiqrazların illik faiz dərəcəsi yekun şərtlər ilə müəyyən olunacaq. İstiqrazlar üzrə hesablanmış faizlər hər 3 təqvim ayından bir ödəniləcəkdir. 1-ci buraxılış üzrə istiqrazların tədavül müddəti 24 ay təşkil edir. İstiqrazların dəyəri tədavül müddətinin sonunda ödəniləcək. İstiqrazlar təmin edilməmiş formada buraxılır. Emitent tərəfindən istiqrazların tədavül müddəti ərzində geri satın alınması nəzərdə tutulmur",- buraxılışın Emissiya Prospektində deyilir.
Anderrayter "Troni İnvestisiya Şirkəti" QSC -dir.
10 milyon ABŞ dolları məbləğində qiymətli kağızlardan əldə olunacaq vəsait tələbatın artması fonunda "Jetour" markalı avtomobillərin istehsalı və satış dövriyyəsinin artırılması layihəsinin günişləndirilməsinə sərf ediləcəkdir. Həmçinin VGV, JAC və VAZ markalı avtomobillər üzrə SKD tipli istehsalın genişləndirilməsi və satış həcmlərinin artırılması nəzərdə tutulur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"Azərmaş Group" tərəfindən avtomobil yığımı fəaliyyəti Neftçala Sənaye Məhəlləsində və Hacıqabul Sənaye Parkında yerləşən zavodlarda həyata keçirilir. Bu zavodlarda müxtəlif seqmentlər üzrə - minik, yüngül yük və kommersiya avtomobilləri istehsal edilir.
Şirkətin avtomobillərinin satışı Bakı şəhərində yerləşən rəsmi satış və nümayiş salonları vasitəsilə həyata keçirilir. Müştərilərə nəqliyyat vasitələrinin satışı ilə yanaşı, satışdan sonrakı xidmətlər - texniki servis, ehtiyat hissələrinin təminatı və zəmanət dəstəyi də göstərilir.
"Azərmaş Group" MMC eyni zamanda yerli bazarın tələblərinə uyğun olaraq dünyanın aparıcı istehsalçılarından müxtəlif modellərin idxalını həyata keçirir. İdxal olunan avtomobillər həm minik, həm də yük seqmentlərini əhatə edir.
Cəmiyyət yerli avtomobil sənayesinin inkişafına dəstək olmaq, istehsal sahəsində müasir texnoloji tələblərin tətbiqini təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə bir sıra xarici tərəfdaşlarla əməkdaşlıq istiqamətində danışıqlar aparır.
“Azərmaş Group” MMC-nin 100% payçısı dövlətə məxsus "Azərmaş" ASC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
7 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
7 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
7 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb


















.jpg)






