Neft qiymətləri ABŞ-da açıqlanan məlumatlardan sonra düşür
Neft qiymətləri, ABŞ-da anbarlarda artan xam neft ehtiyatları ilə əlaqıdar düşür.
Marja xəbər verir ki, Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 1,03 milyon barel artıb. Neft qiymətlərilə əlaqədar texniki göstəricilərdən birinə görə, qiymətlər lazım olduğundan çox yuxarıdadır və yaxın bir zamanda geriləmə ola bilər.
Teksasa ciddi dərəcədə təsir edən soyuq hava dalğasından sonra ABŞ-lı istehsalçılar müvəqqəti dayandırdıqları xam neft istehsalının 80%-ini bərpa ediblər.
Neft qiymətləri, koronavirusa qarşı peyvəndləmənin genişlənməsi, bununla əlaqədar iqtisadi aktivliyin bərpası, tələbin artması və OPEC+ ölkələrinin hasilatlarını azaltmaları ilə əlaqədar olaraq yüksəlmişdi. ABŞ və Avropadakı soyuq hava da qiymətlərin yüksəlməsini dəstəkləmişdi.
Qərbi Teksas neftinin qiyməti 61,11 dollara, Brent neftinin qiyməti isə 65,18 dollara geriləyib. Ötən gün Brent neftinin qiyməti 66,77 dolları görmüşdü.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















