Qlobal ərzaq qiymətləri fasiləsiz 8 aydır yüksəlir
Qlobal ərzaq qiymətləri 6 ilin ən yüksək səviyyəsinə qalxıb.Birləşmiş Millətlər Təşkilatının (BM) Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) Yanvar ayına aid Qlobal Qida Qiymət İndeksini açıqlayıb.
Marja xəbər verir ki, dekabr ayında 107,5% səviyyəsində açıqlanmış İndeks 108,6-ya dəyişdirilib, Yanvar ayında isə 4,33% artaraq 113,3 səviyyəsinə yüksəlib. Beləliklə, qlobal ərzaq qiymətləri 2014-cü ilin İyul ayından bu yana ən yüksək səviyyəni görüb.
Fasiləsiq yüksəlişini səkkizinci ayda da davam etdirən İndeksin son 6 ilin zirvəsini görməsinə buğda, şəkər və bitki mənşəli yağ qiymətlərinin kəskin artması səbəb olub.
FAO Taxıl Qiymət İndeksi, beynəlxalq bazarlarda qarğıdalının bahalaşması ilə aylıq müqayisədə 7,1% artıb. Çinin yüksək idxal tələbi ilə Amerika Birləşmiş Ştatlarında gözləniləndən aşağı istehsal qiymətlərin artmasının əsas səbəbləridir.
FAO Şəkər Qiymət İndeksi, güclü qlobal tələb, Avropa Birliyi, Rusiya Federasiyası və Taylandda pisləşən məhsuldarlıq proqnozları və Cənub Amerikada normaldan daha quru hava şərtləri səbəbilə Yanvarda 8,1% artıb.
FAO Bitki mənşəli Yağ Qiymət İndeksi 5,8% artaraq May 2012-dən bu yana ən yüksək səviyyəyə yüksəlib. İndoneziya və Malayziyadakı həddindən artıq yağıntılar və immiqrant işçi qüvvəsində davam edən çatışmalıq ilə əlaqədar olaraq aşağı palma yağı istehsalı və Argentinadakı uzanan tətillərin soya yağı ixracını azaltması qiymətlərin yüksəlməsinə səbəb olur.
FAO Süd Qiymət İndeksi, Yeni Zelandiyanın ixracının azalması və Çinin alışları ilə 1,6% artıb.
FAO Ət qiymət İndeksi, bir çox Avropa ölkəsindən istehsal və ixracı məhdudlaşdıran quş qripi epidemiyaları ilə əlaqədar olaraq 1% artım qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























