ABŞ-ın xam neft ehtiyatları artıb - NEFT UCUZLAŞDI
ABŞ Enerji İnformasiya İdarəsi (EIA), ölkədə kommersiya məqsədli xam neft ehtiyatlarının keçən həftə 4 milyon 400 min barel (0,9%) artımla təxminən 486 milyon 600 min barelə yüksəldiyini açıqlayıb.
Marja xəbər verir ki, bazar proqnozu ehtiyatların təxminən 300 min barel azalacağı istiqamətində idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 638 milyon 100 min barel səviyyəsində qalıb. Söz mövzusu dövrdə, ABŞ-ın benzin ehtiyatları isə 300 min barel (0,1%) azalaraq 245 milyon 200 min barel olub.
ABŞ-ın xam neft idxalı, keçən həftə gündəlik orta hesabla 194 min barel azalaraq təxminən 6 milyon 45 min barelə, neft ixracı isə gündəlik orta hesabla 760 min barel azalaraq 2 milyon 251 min barel səviyyəsində reallaşıb.
Ölkənin gündəlik xam neft istehsalı isə 9-15 yanvar həftəsində 5 min barel azalaraq təxminən 11 milyon 506 min barel olub.
EIA-nın Yanvar 2021 hesabatına görə, ABŞ-ın gündəlik xam neft istehsalının orta hesabla bu il 11,1 milyon barel, gələn il isə 11,5 milyon barel olacağı gözlənilir.
Brent nefti bu həftəni 1.23% ucuzlaşma ilə 55,41 dollardan bağlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 21 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















