Azərbaycanda avtomobillərin icbari sığortası 7%-dən çox azalıb
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 85 milyon 785,2 min manat sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq statistikasına görə, bu müddətdə eyni sığorta növü üzrə 51 576,6 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7,3%, ödənişləri isə 14,9% azalıb.
Hesabata əsasən, cari ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 34 447,7 min manat sığorta haqqı yığılıb, 11 785,6 min manat ödəniş edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 5,1%, ödənişlərdə isə 3,1% artım qeydə alınıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 668 925,8 min manat (illik 8,7%-lik artım), ödənişləri isə 391 453,6 min manat (illik 55,2%-lik artım) təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
13 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 29 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır














.jpg)







