Dollar əlavə dəyər qazana bilər
Beynəlxalq valyuta birjalarında qlobal iqtisadi və siyasi risklərin, xüsusilə də Amerika prezident seçkisi fonunda qeyri-müəyyənliyin artması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin son bir ayın maksimum səviyyələrdə ticarət olunmasına səbəb olur. Təhlillərə əsasən, dollar indeksinin növbəti trendi 93.33 punktun ətrafında yerləşməsindən asılı olacaqdır. Sözügedən səviyyənin üzərində möhkəmlənən qiymət, 95.50 punkta kimi əlavə 1.3% dəyər qazana bilər. Əks təqdirdə, dollar yenidən qlobal eniş dalğasını bərpa edə bilər.
Bununla yanaşı, bu gün Amerikada baş tutacaq prezident seçkisinə dair açıqlamalar da investorların diqqət mərkəzində olacaqdır.
USDTRY məzənnəsi də bahalaşmaqda davam edir və təhlillərə əsasən, məzənnə 8.75TL-yə kimi bahalaşa bilər.
Əlvan metallar bazarlarında da qızıla olan tələb yenidən artır. İnkişaf etmiş ölkələrdə Korona karantin tədbirlərinin gücləndirilməsi, ABŞ-da prezident seçkisi fonunda ölkədə vətəndaş qarşıdurmanın yaranması ehtimalları, mərkəzi bankların siyasətlərinin daha da yumşaltmaları və inflyasiyanın artması ehtimalları qızılın bahalaşması ehtimallarını da artırır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
1 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
Ən çox oxunanlar
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq



















