“Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib"
Şahin Bağırov: "Temu" qarşısında biz məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz sistemə daxil edəcəyik. “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir".Son dövrlərdə “Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi kəskin artıb, platforma ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Şahin Bağırov qeyd edib ki, bir anda təxminən 400 tona yaxın yük hava limanına daxil olub və bu, əvvəlcədən elektron məlumatların təqdim edilməməsi səbəbindən gömrük orqanları üçün əlavə çətinliklər yaradıb:
“Daxil olan bağlamaların kimə məxsus olduğunu müəyyənləşdirmək və riskləri qiymətləndirmək üçün bütün yüklər gömrük tərəfindən öz resursları hesabına yoxlanılıb. Elektron məlumatlar verilmədən, bildirişlər olmadan birdən-birə külli miqdarda yüklər gətirildi. Biz məcbur olduq ki, onları öz resurslarımızla hesablayaq və kimə məxsus olduğunu müəyyən edək. Çünki elektron ticarət adı altında təkcə istehlak malları deyil, riskli məhsullar da daxil ola bilər. Dərmanlar, psixotrop maddələr və digər qadağan olunmuş məhsulların da daxil olma ehtimalı var. Buna görə gömrüyün əsas öhdəliyi təhlükəsizlik və nəzarəti təmin etməkdir. Sonradan məsələ operativ şəkildə tənzimləndi. "Temu" qarşısında biz məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz sistemə daxil edəcəyik. “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 31 d. əvvəl
-
52 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















