Hərbi vəziyyətlə bağlı sığortaçılara müraciət edildi
Azərbaycan Sığortaçılar Assosiasiyası sentyabr ayının 27-dən etibarən ölkədə yaranmış hərbi vəziyyətlə əlaqədar olaraq sığorta şirkətlərinə müraciət edib.
ASA-dan Marja-ya verilən məlumata görə, sığorta şirkətlərinə ünvanlanan müraciətdə bildirilir ki, mövcud hərbi vəziyyəti, eyni zamanda bu çətin anda əsgərlərimizin və vətəndaşlarımızın qəhrəmanlığını nəzərə alaraq, sığorta hadisələri baş verdikdə və sığorta tənzimlənməsi zamanı müştərilərə hər zamankından daha çox anlayışla yanaşılmalıdır.
Müraciətdə o qeyd olunur ki, sığorta qanunvericiliyində müharibənin yaratdığı fəsadlar istisna hal hesab olunsa da, eyni zamanda sığorta təminatı nəzərdə tutulmasa da işğal altında olan Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən proseslərin əhəmiyyəti nəzərə alınmaqla döyüş əməliyyatları nəticəsində baş verən hadisələr zamanı sığortalılara və ya onların ailə üzvlərinə köməklik göstərilsin.
“Çünki məhz belə bir zamanda bütün dünyəvi və biznes prinsipləri bir kənara çəkilməli, vətəndaşlıq və azərbaycançılıq mövqeyi ön plana keçməlidir. Ümid edirik ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının bu tövsiyəsinə biganə qalmayacaqsınız. Çünki tövsiyəyə adekvat olaraq atacağınız addım ölkəmizin sığorta sektoruna olan inamın möhkəmlənməsi ilə yanaşı həm də və ələlxüsus sabahın bütöv, böyük, müstəqil Azərbaycanına xidmət edəcək”, - deyə, müraciətdə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
28 d. əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A” şirkəti yeni yapışdırıcı təqdim edir
-
- 39 d. əvvəl
-
39 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 55 d. əvvəl
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
Ən çox oxunanlar
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN



















