Türkiyə Mərkəzi Bankından sürpriz qərar
Türkiyə Mərkəzi Bankı (TCMB), Türk Lirəsinin dəyərdən düşməsinin qarşısının alınması üçün bazarlarda yaranan faiz artırımı gözləntisinə cavab verdi. Mərkəzi Bank, sentyabr ayı pul siyasəti yığıncağında faizini 2 bənd artıraraq 8,25%-dən 10,25% səviyyəsinə yüksəltdi. TCMB bu qərarı ilə 2018-ci ilin Sentyabr ayından bu yana ilk dəfə faiz artırmış oldu.Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja xəbər verir ki, Mərkəzi Bank faizini 2 bənd artıraraq 8.25%-dən 10.25%-ə yüksəldib.
Türkiyə Mərkəzi Bankı əvvəlki 9 yığıncağında 24%-dən 8,25%-ə-dək faiz endirmiş, 3 yığıncağında faizi dəyişməz saxlamışdı.
Qərardan sonra Türk Lirəsi Dollar qarşısında 1,5% dəyər qazanıb, məzənnə 7,71 səviyyələrindən 7.55 səviyyələrinədək düşüb.
Reuters-in apardığı sorğuya görə, TCMB-nin faizini 8.25%-də sabit saxlayacağı gözlənilirdi. Goldman Sachs və Deutsche Bank isə Türkiyə Mərkəzi Bankının faiz artıracağını gözləyirdilər.
İnflyasiyanın artacağı gözləntiləri, ölkənin kredit reytinqinin pisləşməsi TL-yə mənfi təsir edir.
Mərkəzi Bankın yaydığı açıqlamada bildirilir ki, inflyasiyanın artmasının qarşısını almaq və qiymət sabitliyini dəstəkləmək məqsədilə faizin yüksəldilməsinə qərar vermişdir.
Türkiyədə müştərilərə verilən kreditlərin artması və xarici valyutaların bahalıaşması nəticəsində inflyasiya nəzərdə tutulandan daha yüksək təşkil etmişdir. Türkiyə Mərkəzi Bankı inflyasiyanın nəzarət altına alınması və risklərin məhdudlaşdırılması məqsədilə Avqust ayından etibarən sərt addımların atılmasını gücləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 21 d. əvvəl
-
27 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 49 d. əvvəl
-
59 d. əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
- 1 saat əvvəl
-
12 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
-
15 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Ən çox oxunanlar
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda






.jpg)
.jpg)







.jpg)










