Neft Səudiyyənin qiymət endirimilə ucuzlaşır
Brent neftinin qiyməti 42 dollardan da aşağı düşdüSəudiyyə Ərəbistanı Oktyabr ayı üçün xam neft satışlarında qiymət endiriminə gedib. Dünyanın iri neft istehsalçısının qərarından sonra neft qiymətləri düşüb.
Marja xəbər verir ki, yay mövsümündə neftə tələb ən yüksək səviyyəsinə çatıır, bu il isə koronavirusa görə tələb aşağı qalmaqda davam edir. Digər tərəfdən OPEC+ koalisiyasının istehsalı artır. Xam neft son üç aydır dar bir qiymət dəhlizində ticarət olunur.
Dünyanın ən böyük neft idxalatçısı olan Çinin xam neft idxalı Avqust ayında geriləyərək ikinci aydır azalıb. Ölkədəki neftayırma zavodlarının anbarları erkən alışlara görə doludur. Bu səbəbdən Sentyabr və Oktyabr aylarında daha az neft alacaqları gözlənilir.
Qərb Texas neftinin (WTI) qiyməti Cümə günü 3.9% düşdükdən sonra bu gün 1.3% düşüb və bareli 39.26 dollara geriləyib.
Brent neftinin qiyməti də Cümə günü 3.2% gerilədikdən sonra bu gün 1,6% də düşüb və bareli 41,97 dollar səviyyəsinə enib (Bakı vaxtı ilə saat 09:55-ə olan məlumat).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
11 d. əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 13 d. əvvəl
-
29 d. əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
39 d. əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
1 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
1 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
1 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu


























