Azərbaycanın iri şərab şirkətinin gəliri və mənfəəti artıb
Şərab, konyak, araq istehsalçısı və ixracatçısı “Gəncə Şərab -2” ASC 2019-cu ili 2 milyon 828 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə şirkətin xalis mənfəəti 843 min manat və ya 42,5% artıb. “Gəncə Şərab-2” 2018-ci ili 1 milyon 984 min manat xalis mənfəət ilə bağlamışdı.
SATIŞDAN GƏLİRLƏR ARTIB
Marja ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə ötən il “Gəncə Şərab -2”nin satışdan gəlirləri (əsas əməliyyat gəliri) 3 milyon 978 min manat artaraq 16 milyon 921 min manat təşkil edib. ASC 2018-ci ildə 12 milyon 943 min manat gəlir əldə etmişdi.
Ötən il “Gəncə Şərab -2”nin əsas əməliyyat gəlirinin 3 milyon 978 min manat artmasına qarşılıq satışın maya dəyəri 2 milyon 848 min manat artıb. Nəticədə ümumi mənfəət 1 milyon 130 min manat artaraq 3 milyon 444 min manat təşkil edib.
ŞİRKƏT BÖYÜYÜB
2018-ci illə müqayisədə 2019-cu ildə “Gəncə Şərab -2”nin cəmi aktivləri 3 milyon 417 min manat artaraq ilin sonunda 22 milyon 494 min manata çatıb. Artımın bir hissəsi torpaq, tikili və avadanlıqların artmasından qaynaqlanıb.
31 Dekabr 2019-cu il tarixində “Gəncə Şərab -2” ASC 10 milyon 685 min manat nizamnamə kapitalına, 16 milyon 149 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 17 d. əvvəl
- 25 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan və Qətər Birgə Biznes Şurasının ilk iclasını keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Neft qiymətləri aşağı düşür
Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ CAVAB
"Abşeron" yatağı üzrə növbəti investisiya qərarı gələn il veriləcək"
Spotify qiymət artıracaq
Google, Nvidia-ya rəqib olur
Ən çox oxunanlar
Azərbaycan şirkəti dünyada nüfuzlu daşınmaz əmlak sərgində layihələrini təqdim edib
"2025-ci ilin ilk yarısında "yaşıl" layihələrin inkişafı üçün artıq 330 milyon manat ayrılıb"
Neokart sahibləri Black Friday-də 5% keşbek qazanacaq!
"AFB Bank"da yeni direktor təyinatı
"Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır"
Apple satış komandasında ixtisar aparır
















.jpg)


.jpg)



