Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiq edib. Əmək Məcəlləsi və digər bir sıra qanunlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib.
Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır.
Əmək Məcəlləsindəki anlayışlar sırasına "Ailə vəzifələri olan işçi" anlayışı daxil edilib. Bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları məhdud olan işçini nəzərdə tutur.
Ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilməyəcək. Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən də işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq.
Yeni dəyişikliklərdən biri işçilər tərəfindən əmək funksiyasının elektron, proqram-texniki və s. vasitələrlə distant iş formasında yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasına xidmət edir. Bu məqsədlə Məcəlləyə "Məsafədən (distant) iş" anlayışı da daxil edilib. Distant işlə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi ilə müəyyən olunacaq.
Qanunvericilikdə "əmək müqaviləsinin ləğv edilməsi" "əmək müqaviləsinə xitam verilməsi" ifadəsi ilə əvəzlənib. Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsasları gücləndirilib. İşçi məzuniyyətdə olduğu müddət ərzində onun orta əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla saxlanılmasına dair Məcəllədə müvafiq tənzimləmə də aparılıb.
Yeni dəyişikliklərə həmçinin:
- İşçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi,
- Azı 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin sırasına ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə bağlı təltif edilmiş işçilər, 20 Yanvar hadisələri, hərbi xidmət və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan işçilər, müharibə veteranları olan işçilər, döyüş aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirən hərbi qulluqçu olmuş işçilər və Azərbaycanın ən yüksək təltifinə layiq görülmüş işçilərin də daxil edilməsi,
- Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddətinin doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılması və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsinin qısaldılmaması,
- Uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsi,
- Əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməyən işçi ilə əmək müqaviləsinə fərdi reabilitasiya proqramına uyğun olaraq onun iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda xitam verilməsi
- Əsas iş yerində ezamiyyətə gedən işçiyə əlavə iş yerində, habelə əlavə iş yerində ezamiyyətə gedən işçiyə əsas iş yerində ezamiyyə müddəti qədər ödənişsiz məzuniyyət verilməsi,
- İş yerlərində işçi sayı 50-dən az olduqda əməyin mühafizəsinin təşkilinin əməyin mühafizəsi üzrə bilikli işçilərdən birinin əmək funksiyasına daxil edilməsi, bu mümkün olmadıqda əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin təsis edilməsi,
- Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50-dən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin təsis edilməsi,
- İşəgötürənin vakansiya yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməsi,
- Zərərli iş yerlərində, peşələrdə və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilərin 3 ayda bir dəfədən, digər iş yerlərində ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılması
və s. daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 12 saat sonra
-
8 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
8 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
9 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 10 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat



















