AÇG və Şahdəniz üzrə hasilat və ixrac göstəriciləri açıqlandı
Energetika Nazirliyi I rüb, həmçinin AÇG və Şahdəniz üzrə hasilat və ixrac göstəricilərini açıqlayıb2020-ci ilin I rübündə Respublika üzrə hasil edilmiş 9,3 mln. ton neftin (kondensatla birlikdə) 6,4 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin, 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb.
SOCAR üzrə neft hasilatı isə 1,9 mln. ton təşkil edib.
Energetika Nazirliyi nin yaydığı məlumata görə, I rübdə ixraca nəql olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton təşkil edib. Neftin 7,3 mln. tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca nəql olunub.
2020-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 10% artımla 10 mlrd.m3 təşkil edən qaz hasilatının 3,5 mlrd.m3-i AÇG-dən, 4,7 mlrd.m3-i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 mlrd.m3 qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 3,57 mlrd.m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur. I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd.m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 mln. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə rüb ərzində 941 mln. m3 qaz olunub. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 5 mlrd. m3-ə yaxın qaz nəql edilib.
Azərbaycanın neft-qaz sənayesinin inkişafında mühüm rola malik “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə də indiyə kimi neft-qaz hasilatı və ixracı ilə bağlı göstəricilər dəqiqləşib. Belə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. m3 qaz hasil edilib. AÇG-dən aprelin 1-ə kimi 505 mln. ton neft, 168,4 mlrd. m3 qaz hasil olunub. “Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m3 qaz, 29 mln. ton kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. m3 qaz isə ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 14 d. əvvəl
-
22 d. əvvəl
"Elektromobil və "hibrid"lərin ƏDV-yə cəlb edilməsi yerli istehsala dəstək məqsədi daşıyır"
-
29 d. əvvəl
“İcbari Sığorta Bürosu” HŞİ-nin Risk Komitəsinin Əsasnaməsi təsdiq edilib
- 38 d. əvvəl
-
53 d. əvvəl
FED-in növbəti dəfə faiz endirimi edəcəyi gözləntisi ilə qızıl bahalaşır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
10 saat əvvəl
"Loft Klinika"nın direktoru həbs olundu - 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
"AFB Bank"da yeni direktor təyinatı
Apple satış komandasında ixtisar aparır
Rəsmi məzənnələr açıqlandı
Yolun başlanğıcı: “PAŞA Həyat Sığorta” 15 yaşında
Ən çox oxunanlar
Belqrad-Bakı birbaşa uçuşları açılacaq
Kakao qiymətlərində kəskin eniş: Qiyməti 55%-dən çox geriləyib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kapital Bank və Təhsil Tələbə Kredit Fondu memorandum imzaladı


















.jpg)






.jpg)

