Neftdə çöküşdən sonra qiymət proqnozları pisləşdi
Neft qiymətlərinin 1991-ci ildən bəri ən kəskin enişi qeyd etməsinin ardından qlobal investisiya bankları Morgan Stanley və Goldman Sachs qiymət proqnozlarını aşağı salıblar.
Marja xəbər verir ki, Səudiyyə Ərəbistanının neft qiymətlərini salması və Apreldən sonra istehsalı artırmaq planı qurması bu gecə xam neft qiymətləri 31% düşüb. Bu, Körfəz müharibəsinin başladığı 1991-ci ildən bəri ən böyük gündəlik ucuzlaşmadır. Brent neftin barel qiyməti 31.02 dollara geriləyib.
ABŞ xam neftinin barel qiyməti də təxminən 30% düşərək 27 dollaradək geriləyib, bu da 1991-ci ildən bəri ən böyük ucuzlaşmadır.
Çində bu il neftə tələbin artmayacağını nəzərdə tutan Morgan Stanley 2020-ci ilin 2-ci rübü üçün Brent nefti qiymət proqnozunu 57.50 dollardan 35 dollara, ABŞ nefti qiymət təxminini isə 52.50 dollardan 30 dollara endirib.
Goldman Sachs isə Rusiya - Səudiyyə Ərəbistanı qarşıdurmasını və koronavirusun neft tələbini çökdürməsini səbəb göstərərək 2-ci və 3-cü rüb Brent nefti qiyməti proqnozlarını 30 dollara salıb. Bankın əsas ssenarisinə görə, OPEC neft hasilatının azaldılması üzrə hələlik bir razılaşma təmin edə bilməyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
17 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
22 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 38 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb

























