"Geri addım atmırıq, Avro Zonasından da çıxmırıq"
İtaliyanın borc böhranı bazarları məşğul etməkdə davam edir. Ümumi borcu 2,67 trilyon dollara çatmasına baxmayaraq, İtaliya hökuməti ötən günlərdə büdcə kəsirini daha da artıran (gələn il üçün 1,6%-dən 2,4%-ə qaldırılır) layihə hazırlayıb. Hazırlanan bu layihəyə Avropa Birliyindən (AB) sərt reaksiya verilib. Eyni zamanda, Avropanın ən böyük üçüncü iqtisadiyyatının Avro Bölgəsində qalıb-qalmayacağı barədə suallar artıb.
"Marja" xəbər verir ki, İtaliya hökumətindəki "Şimal İttifaqı" və "5-Ulduz Hərəkatı" partiyalarının liderləri bu gün etdiyi açıqlamada, Avro Zonadan çıxmaq kimi bir niyyətlərinin olmadığını bildiriblər.
Ancaq liderlər, AB ilə qarşıdurmaya səbəb olan və "Moody's"in ölkənin kredit reytinqini aşağı salmasına əsas kimi göstərdiyi büdcə layihəsinə sadiq qalacaqlarını vurğulayıblar.
İtaliya hökumətinin, büdcə layihəsini tənqid edən Avropa Komissiyasına da bazar ertəsi günü bir məktubla cavab verməsi gözlənilir.
BORC BATAQLIĞINDADIR
İtaliyanın ümumi borcu 2,67 trilyon dollara çatmış vəziyyətdədir. Yunanıstandan sonra AB-də ən çox dövlət borcu olan ölkənin borcunu AB qanunlarına görə azaltması lazımdır. Yunanıstanın dövlət borcu ümumi daxili məhsulunun 180%-i, İtaliyanın borcu isə 130% səviyyələrindədir.
"İTALİYA AVRODAN ÇIXA BİLƏR"
Almaniyanın IFO İnstitutunun rəhbəri Hans-Verner Sinin, may ayında yazdığı bir məqalədə, İtaliyanın yaşadığı siyasi və iqtisadi böhranlara görə ölkənin borclarını verməyəcək vəziyyətdə olduğunu və ölkədə siyasi qeyri- sabitliyə görə yaşanılan böhranın nəticəsində Avrodan çıxacağını iddia etmişdi.
Sinin, İtaliyanın xarici borclarını ödəməsi üçün qənaət islahatlarını yerinə yetirməsi lazım olduğunu qeyd etmiş, əks təqdirdə, iflasa gedəcəyini və İtaliyada meydana gələn bir böhranın Avropa Birliyinə də ciddi mənada təsir edəcəyini qeyd etmişdi.
MOODY'S İTALİYANIN KREDİT REYTİNQİNİ AŞAĞI SALDI
Digər tərəfdən beynəlxalq kredit reytinqi agentliyi "Moody's", İtaliyanın kredit reytinqini "Baa2"dən "Baa3" ə endirib. Buna səbəb kimi, İtaliyanın növbəti illər üçün nəzərdə tutulan büdcə kəsirinin yüksək olması göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
23 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















