"Yörsan" iflasın astanasında
Süd və süd məhsulları sektorunda yarım əsri geridə qoyan Türkiyənin "Yörsan Gıda" şirkəti konkordat (konkordato) istəyib. Konkordat müraciəti ötən gün məhkəməyə təqdim edilib.
"Marja" xəbər verir ki, iddia ərizəsində, şirkətin maliyyə çətinliyi içində olduğu qeyd edilib. İddia ərizəsinə görə, iqtisadiyyatdakı çətinliklər şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Məsələyə yaxın bir mənbə bildirib ki, marketlərə satılan məhsulların manfəət marjasnda azalma, yanacağın bahalaşması ilə artan maddi-texniki xərclər və kredit xərclərindəki artım şirkətin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub.
Xəbərə görə, konkordato tələb edən "Yörsan Gıda"ya qarşı bəzi borc verənlər icraya müraciət ediblər. Şirkətə süd verən bir şirkəıt 400 min manatlıq alacağı səbəbi ilə "Yörsan"ını əmlakının müsadirə olunmasını tələb edib.
"Yörsan Gıda" İstanbul Sənaye Palatasının açıqladığı 500 ən iri sənaye müəssisəsi siyahısında yer alır.
"Yörsan" 4 il əvvəl Dubayın xüsusi kapital fondu "Abraaj Group"a satılıb."Yörsan"ın 96 faizi "Abraaj Qrupun"un nəzarətindəki "Dairy Fresh Süt Ürünleri Ve Gıda Yatırımları San. Ve Tic. AŞ"yə, qalan hissə isə "Yörsan"ın üç təsisçisindən biri olan Şerafettin Yörük-ə aiddir.
"Yörsan Gıda"nın pendirləri Azərbycan bazarında da məşhurdur.
Konkordat müflisləşmə razılaşmasıdır. Məhkəmənin qərarı ilə borcluya möhlət verilir. Bu möhlət borcverənlər ilə razılaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















