“Bakı Kristal zalı” böyük məbləğdə zərər açıqladı
2 ildir "Bakı Kristal Zalı" MMC səmərəli işləmir və dövlətə xeyir vermir.
“Bakı Kristal zalı” MMC 2017-ci ili 10 milyon 460 min manat zərər ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 35,5% çoxdur. MMC 2016-cı ili 6 milyon 747 min manat zərər ilə bağlamışdı.
“Marja” MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, “Bakı Kristal zalı”nın 2017-ci ildə cəmi əməliyyat gəliri 2016-cı illə müqayisədə 4 dəfə artaraq 369 min 481 manata yüksəlib. MMC 2016-cı ildə 91 min 124 manat cəmi əməliyyat gəliri əldə etmişdi.
“Bakı Kristal zalı”nın cəmi əməliyyat xərcləri isə 58% artaraq 10 milyon 830 min manat təşkil edib. Xərclər gəlirləri kəskin üstələdiyindən “Bakı Kristal zalı” zərərdədir.
Ötən ilki xərclərin dəyişməz qalacağını hesab etsək, “Bakı Kristal zalı” xərclərini bağlamaq üçün cəmi gəlirlərini 30 dəfə artırmalıdır. Nəzərə alsaq ki, gəlirlərin artırılması xərcləri də artırır. Belə olan halda MMC daha böyük məbləğlərdə gəlirlər hədəfləməlidir.
Hazırda “Bakı Kristal zalı” MMC xərclərini dövlətin ayırdığı sərmayəsindən qarşılayır.
“Bakı Kristal zalı”nın cəmi xərclərinin 92%-ni və ya 9 milyon 989 min 262 manatını inzibati xərclər (əmək haqqı, amortizasiya, digər) təşkil edib. Bu xərclər 2016-cı illə müqayisədə 60% artıb.
“Bakı Kristal zalı”nın cəmi aktivləri 2017-ci ildə 2016-cı illə müqayisədə təxminən 5% azalaraq 176 milyon 536 min manata düşüb.
MMC ötən ilin sonunda 191 milyon 567 min 449 manat nizamnamə kapitalına malik olub. Şirkətin yığılmış zərəri 17 milyon 207 min manata çatdığından cəmi kapital və öhdəliklər 176 milyon 536 min manata düşüb. Qısası, zərər sərmayənin bir hissəsini silib.
Bakı Kristal Zalı - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub. Zalı idarə etmək üçün yaradılmış “Bakı Kristal Zalı” MMC dövlət müəssisəsidir.
Rəqəmlərdən göründüyü ki, 2 ildir "Bakı Kristal Zalı" səmərəli işləmir və dövlətə xeyir vermir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
11 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
12 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
12 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb























