“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
Müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində təqdim etmək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək və şirkətin rəhbər heyəti ilə yaxından tanış olmaq imkanı yaradacaq.(®) “Coca-Cola İçecek” (CCI) şirkəti gənc və yenilikçi istedadların potensialına inanaraq tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verir.
“Anadolu Group”un dəstəyi ilə keçirilən müsabiqə iştirakçılara ideyalarını real biznes mühitində təqdim etmək, layihə idarəetməsi bacarıqlarını inkişaf etdirmək və şirkətin rəhbər heyəti ilə yaxından tanış olmaqimkanı yaradacaq.
Müsabiqə çərçivəsində seçilmiş yarımfinalçılar iyul ayında keçiriləcək 3 günlük “Innovation Bootcamp” proqramında iştirak edəcəklər. Proqram müddətində tələbələr layihə idarəetməsi üzrə təlimlərə qatılacaq, kouçinq və mentorluq dəstəyi alacaq, həmçinin ayrılan maliyyə dəstəyi ilə ideyalarının prototiplərini hazırlayacaqlar.
Oktyabr ayında baş tutacaq final mərhələsində ən uğurlu 3 layihə pul mükafatı qazanacaq. Bundan əlavə, birinci yerin qalibi noyabr ayında Türkiyəyə “Anadolu Group” şirkətinə səfər etmək imkanı əldə edəcək.
“One Idea” müsabiqəsi çərçivəsində təqdim olunan layihələr şirkətin əsas fəaliyyət istiqamətləri ilə əlaqəli olmalıdır. Bu istiqamətlərə CCI məhsulları və innovasiyalar, təchizat sistemləri, istehsalat, satış, logistika, insan resursları, maliyyə, ətraf mühit, rəqəmsallaşma və texnologiyalar daxildir.
Qeyd edək ki, müsabiqənin bütün mərhələləri ingilis dilində həyata keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən tələbələr 31 mart tarixinə qədər posterdə yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı link vasitəsilə qeydiyyat formasını doldura bilərlər: https://lnkd.in/dGKAEPD4
Xatırladaq ki, “Coca-Cola” məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
-
53 d. əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI



























