“TBC Kredit” mənfəət açıqladı
“TBC Kredit” Bank Olmayan Kredit təşkilatı 2017-ci ili 1 milyon 188 min manat xalis mənfəətlə başa vurub. Halbuki, təşkilat 2016-cı ili 7 milyon 723 min manat zərər ilə bağlamışdı.
“Marja” təşkilatın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “TBC Kredit”in faiz gəlirləri 5 milyon 564 min manat, faiz xərcləri isə 2 milyon 120 min manat təşkil edib. Nəticədə 3 milyon 444 min manat xalis gəlir əldə edilib. Həmçinin, ehtiyatlardan 1 milyon 202 min manat azad olub və cəmi gəlir 4 milyon 646 min manata yüksəlib. İnzibati və digər xərclər çıxıldıqdan sonra 1 milyon 569 min manat mənfəət yaranıb. Mənfəətdən 381 min manat mənfəət vergisi ödənilib.
2016-cı ildə “TBC Kredit”in faiz gəlirləri 8 milyon 299 min manat təşkil etsə də, ehtiyatlara 9 milyon 364 min manat ayrıldığından təşkilat həmin ili zərər ilə bağlamışdı.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
31 Dekabr 2017-ci il tarixində “TBC Kredit”in cəmi aktivləri 25 milyon 326 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 19 milyon 290 min manat təşkil etmişdir. 2016-cı ilin sonunda təşkilatın kredit portfeli 26 milyon 193 min manat, o cümlədən kredit portfeli 20 milyon 206 min manat təşkil etmişdi. “TBC Kredit” 2018-ci ildə kredit şərtlərini daha sərfəli edib və fəaliyyətini gücləndirib.
"TBC Kredit"in səhmlərinin 75% Gürcüstanın aparıcı banklarından olan "TBC Bank"a, 25% isə "Triodos Ventures"ın ( ABŞ) üzvü olan "Enclude" şirkətinə (əvvəlki Shore Overseas Azerbaijan) məxsusdur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 3 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)






