WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
Biznes subyektləri və startaplar WUF13-də aktiv iştirak etməklə beynəlxalq təcrübədən yararlana, işgüzar əlaqələrini genişləndirə, məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edə bilərlər.
Məlum olduğu kimi 17–22 may 2026-cı il tarixlərində Bakı şəhəri daha bir mötəbər tədbirə - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi edəcək. WUF13 qlobal miqyasda dayanıqlı və innovativ şəhərsalma həllərinin müzakirə olunduğu, bu sahədə “yaşıl iqtisadiyyat” və dövlət-özəl sektor əməkdaşlığının prioritetləndirildiyi nüfuzlu platformadır. Bu tədbir yalnız şəhərsalma mütəxəssisləri üçün deyil, sahibkarlar və startaplar üçün də faydalıdır. Konfrans və sərgi (“Urban Expo”) olmaqla iki hissədən ibarət forum biznes üçün bir sıra unikal imkanlar təqdim edəcək.
Qlobal təcrübə və tərəfdaşlıq imkanları
WUF13 çərçivəsində təşkil olunacaq konfransda yerli və beynəlxalq ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə dayanıqlı şəhərsalma həlləri, “yaşıl iqtisadiyyat” və innovativ texnologiyalar mövzusunda geniş müzakirələr aparılacaq. Bunun sahibkarlar üçün faydaları:
- Beynəlxalq təcrübə və bilik mübadiləsi: Qlobal trendlər, uğurlu layihələr və innovativ həllər öyrənilir.
- Biznes şəbəkəsinin genişləndirilməsi: Yeni tərəfdaşlıqlar qurmaq və investisiya imkanlarını araşdırmaq imkanı yaranır.
- Beynəlxalq standartlara uyğunlaşma: Sahibkarlar biznes strategiyalarını qlobal bazara uyğun şəkildə təkmilləşdirə bilirlər.
Müxtəlif ölkələrdə təşkil olunmuş WUF-ların təcrübəsi göstərir ki, sahibkar və startaplar bu tədbirdə iştirak etməklə bir sıra müsbət geridönüşlər əldə edirlər.
“Urban Expo”: innovativ şəhərsalma həlləri
WUF13 çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi sahibkarlara innovativ məhsullarını, “ağıllı şəhər” texnologiyalarını və dayanıqlı həlləri geniş auditoriyaya təqdim etmək imkanı verəcək. Burada sahibkarlar:
- beynəlxalq investorlar və tərəfdaşlarla birbaşa əlaqə qura biləcək;
- yeni bazarlara çıxış imkanlarını genişləndirəcək;
- innovativ layihələrini tanıtmaq və qlobal auditoriya ilə paylaşmaq imkanı əldə edəcəklər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və WUF13 Əməliyyat Şirkətinin birgə əməkdaşlığı çərçivəsində sahibkarlar üçün WUF13-ün biznes üçün faydalarına dair “Bakı KOB evi”ndə məlumatlamdırma sessiyası təşkil olunub. KOBİA-nın təşkilatçılığı ilə forumun Biznes və İnnovasiya Mərkəzində mayın 21-də “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirə təşkil olunacaq. Tədbirin keçirilməsində əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin formalaşdırılmasına töhfələrini artırmaqdır. Həmçinin “Urban Expo” sərgisində KOBİA və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə stendində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri nümayiş olunacaq, eləcə də stenddə Agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə forum müddətində məlumat veriləcəkdir.
Biznes və İnnovasiya Mərkəzində sahibkarlar və startaplar üçün imkanlar
Ümumilikdə, Biznes və İnnovasiya Mərkəzində “Şəhərsalma dəyər zəncirinin praktik tətbiqi” mövzusunda 15 sessiya keçiriləcək. Bu interaktiv sessiyalarda dayanıqlı şəhərsalma və layiqli mənzil təminatının tərəfdaşlar, şirkətlər və biznes assosiasiyaları tərəfindən həyata keçirilən real layihələr və təcrübələr sayəsində necə inkişaf etdirildiyi nümayiş etdiriləcək. Özəl sektoru bütün müxtəlifliyi ilə əks etdirən Mərkəz irimiqyaslı şirkətlərdən tutmuş kiçik və orta bizneslər, startaplar və biznes assosiasiyalarına qədər geniş iştirakçı auditoriyasını ehtiva etməklə yanaşı, innovasiya, texnologiya və şəhərsalma problemləri ilə bağlı yeni yanaşmaları ön plana çıxaracaq. Mərkəz həmçinin şəhərlər, investorlar və biliklərini təcrübədə tətbiq edən mütəxəssislər arasında mübadiləni təşviq edərək ideyaların icra yönümlü yanaşmalara çevrilməsinə və şəhərsalma üzrə dəyər zənciri sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.
Həmçinin Biznes və İnnovasiya Mərkəzində yeni yaradılmış şirkətlərin və gənc sahibkarların öz innovasiyalarını nümayiş etdirmələri üçün xüsusi məkan - Startap Pavilyonu təqdim olunacaq. Dünya üzrə 10 ölkədən seçilmiş 14 startap layihəsinin iştirakı etdiyi bu pavilyonun məqsədi yeni subyektlərin səsinə səs vermək və həm mənzil təminatının, həm də şəhərsalma problemlərinin həlli üçün miqyaslanan ideyaları ön plana çıxarmaqdır.
Sahibkarlar və startaplar WUF13-ün Biznes və İnnovasiya Mərkəzi və sərgi, ümumiyyətlə forumun proqramı barədə ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərlər: https://wuf.unhabitat.org/main-events
Beləliklə, WUF13 şəhərsalma ilə bağlı yeniliklərin müzakirə olunduğu tədbir olmaqla yanaşı, həm də sahibkarlar və startaplar üçün qlobal trendlərlə tanış olmaq, innovativ ideya və məhsullarını təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq, eləcə də dayanıqlı və “ağıllı şəhər” konsepsiyalarının inkişafında aktiv iştirak etmək üçün əlverişli platformadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 4 saat əvvəl
-
6 saat əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
-
6 saat əvvəl
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
-
6 saat əvvəl
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
6 saat əvvəl
Volkswagen 4 zavodunu bağlamağı və 100 min əməkdaşını işdən çıxarmağı planlaşdırır
-
6 saat əvvəl
Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
-
7 saat əvvəl
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Ən çox oxunanlar
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
1 milyondan çox Azərbaycan vətəndaşı əsasən onlayn olmaqla xarici ölkələrdən 501 milyon dollarlıq şəxsi istifadə malları alıb
"Ağbənd buraxılış məntəqəsi yaxın vaxtlarda istifadəyə veriləcək"
Dövlət Gömrük Komitəsində nə dəyişir? Şahin Bağırov şəffaflıq tədbirlərini açıqladı
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
Gömrük Komitəsinin sədri bu suala konkret cavab verə bilmədi - "İlin sonunda daha dolğun cavab vermək mümkün olacaq"


























