Bu həftə bazarların gündəmi gərgin keçəcək
ABŞ Prezidenti Donald Trampın ötən həftə "ticarət müharibəsi" narahatlıqlarına səbəb olan qərarları ilə yanaşı, bu həftə gərgin gündəm də bazarların radarında olacaqdır.
"Marja" xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı və ABŞ-da kənd təsərrüfatı xarici məşğulluq göstəricisi səbirsizliklə gözlənilir.
AMB-nin 8 Mart Cümə axşamı keçirəcəyi iclasda pul siyasəti dəyişikliyi həyata keçirəcəyi gözlənmir, amma bazarlar ilə ünsiyyətdə kiçik dəyişikliklər ola biləcəyi danışılır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Reuters-ə danışan mənbələr, AMB rəsmilərinin, son dövrdə yaşanan valatillik, güclü avro və aşağı inflyasiya narahatlıqları istiqraz alışını azaltmaq siqnalı verməzdən əvvəl gözləməyi üstün tutacağını bildirir.
Avro Bölgəsi iqtisadiyyatı on ilin ən yaxşı iqtisadi artımını qeyd etsə də inflyasiya aşağı qalmaqda davam edir. İnflyasiya ötən ay 2016-dan bəri ən aşağı səviyyəyə düşmüşdü.
MAAŞ ARTIMLARI KRİTİKDİR
ABŞ-da isə Cümə günü Fevral ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanacaqdır. Məşğulluğun 204 min artması, işsizliyin 4.1%-dən 4% geriləməsi gözlənilir.
Orta saatlıq maaşların isə aylıq 0.3%, illik 2.9% artması gözlənilir. Əvvəlki ay da maaş artımları 0.3% və illik 2.9% təşkil edərək proqnozları keçmiş, bu da qlobal bazarlarda Fed-in daha sürətli faiz artıracağı xofunu yaratmış və bazarların sərt reaksiyasına səbəb olmuşdu.
Yüksək rəqəmlərə Dollar da reaksiya vermiş və mühüm valyutalara qarşı bahalaşmışdı. Qızılın unsiya 1%-dən çox dəyər itirmişdi.
Bunlar ilə bərabər İtaliyadakı seçki və Çindəki siyasi iclaslar da qlobal bazarların diqqətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















