Neft bazarı ABŞ-da açıqlanacaq məlumatları gözləyir
ABŞ-da artacağı gözlənilən neft ehtiyatları məlumatı öncəsi Brent neftinin qiyməti 67 dolların üzərində qalır.
"Marja" xəbər verir ki, ABŞ-da Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqlayacağı məlumatların, xam neft ehtiyatlarının ötən həftə 2 milyon barrel artdığını göstərəcəyi gözlənilir.
"Carrizo Oil & Gas Inc" şist nefti üçün quyuların qazılması xərclərinin artdığı barədə xəbərdarlıq edib.
Neft qiymətləri, Neft İxrac Edən Ölkələr Birliyi ölkələri (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmaları ilə əlaqədar olaraq bu il 6 faiz yüksəlib.
"Bank of America"dan Fransisko Blanch, xam neftə tələbatın ən azı 2020-ci ilin sonuna qədər güclü olacağını və bunun da xam neftin spot qiymətlərini fyuçers qiymətlərin üzərinə çıxaracağını qeyd edib.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 63.95 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 67.49 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
37 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub





















