Neft qiymətləri artımını qoruyub saxlayır
Libyada mühüm terminallardan birindən neft ixracının dayanması və Səudiyyə Ərəbistanı neft nazirinin OPEC və ortaqlarının istehsal məhdudiyyətlərinin gələn il bazara zərər vermədən azalda biləcəklərini qeyd etməsinin ardından, neft qiymətləri artımını qoruyub saxlaya bilib.
"Marja" xəbər verir ki, Libyada etirazlar "El-Feel" sahəsində neft hasilatına mənfi təsir edib. Bu səbəbdən "Mellitah" terminalından neft nəqli dayandırılıb.
Səudiyyə Ərəbistanının neft naziri Khalid Al-Falih, qlobal hasilat məhdudiyyətlərinin bazarı narahat etməyəcək bir şəkildə azaldılacağını qeyd edib. Qeyd edək ki, OPEC, Rusiya və Azərbaycan daxil tərəfdaşları ilə hasilatlarını azaldırlar. Bu ilin sonunadək davam edəcək müqavilənin başa çatmasından sonra hasilatın yenidən artacağından bazar narahatdır.
Digər tərəfdən, hələ də, ABŞ-da hasilatın artması neft qiymətləri üçün bir təhdid olmaqda davam edir.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 0,25% bahalaşma il 67,47 dollardan, ABŞ xam nefti isə 0,3% bahalaşma ilə 63,75 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
37 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub

















