Neftsiz ixrac və idxalımız acınacaqlıdır

Neft və qaz olmasaydı Azərbaycanın xarici ticarət statistikası necə görünərdi?
“Marja” xəbər verir ki, 2018-ci ilin Yanvar ayında Azərbaycanın ixracı 1 milyard 39 milyon dollar, idxalı isə 689 milyon dollar təşkil edib.
DEPOZİT YERLƏŞDİR, HYUNDAİ GRANDEUR QAZAN
İxracın 874 milyon 821 milyon dollarını xam neft, 22 milyon 727 min dollarını təbii qaz, 15 milyon 867 min dollarını neft məhsulları təşkil edib. Bu 3 məhsul üzrə cəmi ixrac 913 milyon dollar təşkil edib. Əgər cəmi 1 milyard 39 milyon dollarlıq ixracdan 913 milyon dolları çıxsaq 126 milyon dollar qalar. Bu məbləğə də dövlət müəssisələrinin ixrac etdiyi bir sıra məhsullar, məsələn, elektrik enerjisi ixracı da daxildir. Yanvar ayında özəl sektorun ixracı 92 milyon 620 min dollar, fiziki şəxslərin ixracı isə 3,2 milyon dollar təşkil edib. Siz 1 milyard dolları keçən ixraca baxmayın, 1 ayda dövlətsiz ixrac 100 milyon dollara çatmır.
İDXALIMIZ QƏDƏR QEYRİ-NEFT İXRACINA NAİL OLA BİLMƏMİŞİK
İndi gəlin idxala baxaq: Bu 100 milyon dollarlıq ixrac gəliri idxal xərclərimizi ödəməyə çatar?
Əlbəttə yox. Yuxarıda qeyd etdiyimiz kimi, Yanvarda xaricdən alınmış mallara görə 689 milyon dollar ödənilib. İdxalın 525 milyon dolları özəl sektor və fiziki şəxslər tərəfindən həyata keçirilib. Əgər neft və qaz olmasaydı Yanvarda Azərbaycanın xarici ticarətində 600 milyon dollara yaxın kəsir yaranardı, Manat çox dəyərsiz bir valyutaya çevrilərdi. Əlavə edək ki, Azərbaycan böyük miqdarda neft gəlirləri ola-ola hələ də idxalı qədər qeyri-neft məhsulları ixracına nail ola bilməyib. Neft olmasayda bəlkə də 100 milyon dollarlıq ixraca çata bilməzdik. Əksi də ola bilərdi. Bəlkə də bizi neft bizi “tənbəl” edib.
NEFTSİZ İXRACIMIZ 1 AYLIQ İDXALA ÇATIR
2017-ci ildə Azərbaycanın 13 milyard 812 milyon dollarlıq ixracının 12 milyard 240 milyon dollarını və ya 89%-ni neft, neft məhsulları və təbi qaz ixracı təşkil edib. Qalan 1 milyard 572 milyon dollarlıq ixrac qeyri-neft məhsulları üzrə yaranıb.
2017-ci ildə idxalımız isə 8 milyard 782 milyon dollar təşkil edib. Təkcə ötən ilin avqust ayında ixracımız 1 milyard 382 milyon dollara yüksəlib. Yəni, neft və qazsız ixracımız cəmi 1 aylıq idxalımıza kifayət edər. Qeft-qaz olmasaydı xarici ticarətdə 12 milyard dollardan çox kəsir yaranardı. Bu çox acınacaqlı mənzərə olardı. Dua edək ki, neftimiz var. Dua edək ki, neft ucuzlaşmasın.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
3 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
4 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
4 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
5 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 5 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
