1723 subyektdən 1,2 milyard dollarlıq ixrac - İLK 10-LUQ
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2017-ci ilin yanvar-oktyabr ayları üçün növbəti sayı təqdim olunub.
İcmalın bu sayında göstərilir ki, 2017-ci ilin ilk 10 ayı ərzindəqeyri-neft sektoru üzrə ixrac 1 milyard 219 milyon ABŞ dolları həcmində olub və bu ixrac əməliyyatlarında 1723 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017- ci ilin 10 ayında qeyri-neft sektoru üzrə ixrac 23 faizdən çox artıb. Cari ilin 10 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qoruyub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində bu ölkəyə 424 milyon ABŞ dolları dəyərində ixrac olub. Növbəti yerləri isə Türkiyə (243 milyon ABŞ dolları), İsveçrə (115 milyon ABŞ dolları), Gürcüstan (108 milyon ABŞ dolları) və Türkmənistan (48 milyon ABŞ dolları) bölüşür.
2017-ci ilin 10 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında birinci yeri pomidor (tomat) 131.5 milyon ABŞ dolları ilə tutub. İkinci yerdə qızıl (98.5 milyon ABŞ dolları) və üçüncü yerdə qabığı təmizlənmiş meşə fındığı (88.6 milyon ABŞ dolları) dayanır.
Cari ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə 475 subyekt tərəfindən 149.6 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Oktyabr ayı üzrə ixrac olunan əsas mallar qabığı təmizlənmiş meşə fındığı, xurma, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, xiyar və kornişonlar, metanol (metil spirti), alüminium və s. olub. Oktyabr ayında qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 26.6 milyon ABŞ dolları, xurmanın ixracının dəyəri 21.6 milyon ABŞ dolları, qızılınixracının dəyəri 17.2 milyon ABŞ dolları təşkil edib.
“İxrac İcmalı”nın bu sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. 2017-ci ilin 10 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, "VN Food Export Import Company" MMC, “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-in “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.
“İxrac İcmalı”nda 2017-ci ilin 10 ayı ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 10 ay ərzində dünyanın 66 ölkəsindən 397.3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına 2017-ci ilin oktyabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 41.5 milyon ABŞ dolları təşkil edib. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19.2 %) ilə yanaşı, Türkiyənin (6%), Ukraynanın (5.7%), Hindistanın (4.8%) və ABŞ-ın (4.2%) adı vardır. Oktyabr ayında İsrail, Myanma kimi yeni ölkələrdən ixrac sifarişi daxil olub.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, oktyabr ayında ən çox ixrac sifarişi nar şirəsi, konservləşdirilmiş tərəvəzlər, kosmetik vasitələr, şərab, alma, armud, nar, xurma, pomidor, sarımsaq, kələm, çay, qənnadı məhsulları, günəş paneli, tütün, biyan kökü, meyvə qurusu, ipək xalça, cemlər, boya, tibbi spirt, şəkər tozu və s. mallar daxil olub. Oktyabr ayında Rusiyadan daxil olan sifarişlərdə artım müşahidə olunub.
Həmçinin “İxrac İcmalı”nda Azexport.az portalı sahibkarlara yeni xidmət təklif etməsi, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə Rusiyaya, Türkiyəyə, BƏƏ və digər ölkələrə reallaşdırılan ixrac, Şanxaya və Sankt-Peterburq şəhərlərinə həyata keçirilən ixrac missiyası, Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanması, Kənd Təsərrüfatı Nazirliyi zəfəranın dünya bazarlarına ixracı imkanlarını araşdırması və s. məsələlər barədə də məlumatlar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 6 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanın xaricdən avtomobil alışı 11 ayda 100 min ədədi keçib - 2 MİLYARD DOLLARLIQ İDXAL
- 27 d. əvvəl
- 34 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın idxalı artıb, ixracı azalıb - MÜSBƏT SALDO 2,5 DƏFƏ KİÇİLİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
-
1 saat əvvəl
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Neftin qiyməti 7 ay sonra ilk dəfə 60 dollardan aşağı düşdü
Bank yeni “Neftçilər” filialını istifadəyə verdi
Maaşa uyğun kredit – Expressbankda
Ən çox oxunanlar
Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2%, mobil internetin sürəti isə 4%-dən çox artıb
Ford elektrikli avtomobillərdə zərər edir, strategiya dəyişir: 13 milyard dollarlıq itki
11 ayda dövlət büdcəsindən 292,7 milyon manat geri qaytarılıb
Azərbaycanda Rəqəmsal Logistika Platforması yaradılır
Tramp BBC-ni məhkəməyə verib, 10 milyard dollar təzminat tələb edir
Birmarket-in böyük lotereyasında ilk avtomobil qalibini tapdı
İrşad-da “Yaşıl Günlər” başladı!












.jpg)





.jpg)




