“NBC Bank” çətin vəziyyətdən çıxır

NBC Bank ASC 2017-ci ilin 9 ayını 2 milyon 485 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə Bankın faiz gəlirləri 10 milyon 490 min manat, qeyri faiz gəlirləri isə 2 milyon 518 min manat təşkil edib.
Bankın xərcləri 9 milyon 61 min manat təşkil edib. Bundan başqa, NBC Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 462 min manat ayırıb. Nəticədə Bank 9 ayı 2 milyon 485 min manat xalis mənfəətlə bağlayıb.
“NBC Bank” 2016-cı ildə ehtiyatlara 7 milyon 249 min manat ayırmışdı. Ehtiyatlara ayırmaların bu il ötən illə müqayisədə azalması gecikmədə olan kreditlərin artmasının yavaşladığına işarədir. Həmçinin, ayırmaların azalması Bankın xalis mənfəət əldə etməsinə imkan verir.
Bank 2015-ci ili 13 milyon 791 min manat, 2016-cı ili isə 1 milyon 797.5 min manat zərərlə başa vurmuşdu.
Rəqəmlərə əsasən proqnoz vermək olar ki, bu il bank ötən illə müqayisədə nisbətən az faiz gəlirləri əldə etsə də, ili xalis mənfəətlə bağlaya bilər. Əksər Azərbaycan banklarının faiz gəlirlərində azalma müşahidə olunur.
AKTİVLƏRİ ARTIB
NBC Bank 30 Sentyabr 2017-ci il tarixində 171 milyon 815 min manat cəmi aktivlərə, 115 milyon 891 min manat cəmi və 55 milyon 924 min manat cəmi kapitala malik olub.
Bank 2016-cı ilin sonunda 158 milyon 970 min manat cəmi aktivlərə, 106 milyon 31 min manat cəmi öhdəliklərə və 52 milyon 939 min manat cəmi kapitala malik idi.
KREDİT VƏ DEPOZİTLƏR ARTIB
Bankın müştərilərə verdiyi kreditlər 2016-cı ilin sonundakı 125 milyon 751 min manatdan 127 milyon 934 min manata qalxıb. Müqayisə olunan dövrdə depozitlər isə 67 milyon 598 min manatdan 71 milyon 331 min manata yüksəlib.
VAXTI KEÇMİŞ KREDİTLƏR AZALIB
30 Sentyabr 2017-ci il tarixində NBC Bankda ödəmə vaxtı keçmiş kreditlər portfelin 10%-indən az olub (cəmi 12 milyon 198 min manat). 2016-cı ilin sonunda vaxtı keçmiş kreditlər 13 milyon 354 min manat idi.
Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
22 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
