970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir

Mənzil, torpaq, kommersiya obyektləri: iyunda da əmlak bazarında qiymətlər artıb. Azərbaycanda torpaq sahələri daha sürətlə bahalaşır – tikinti və developer layihələri bazarı hərəkətləndirir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
İyun ayında da daşınmaz əmlak qiymətləri artıb – torpaq bazarı liderdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2026-cı ilin iyun ayında daşınmaz əmlak bazarında mülayim və dayanıqlı artım meyli müşahidə olunub. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) iyun ayı üzrə açıqladığı daşınmaz əmlak indeksində bu məqamlar öz əksini tapıb.

Marja.az Palataya istinadən xəbər verir ki, iyun ayında kompozit daşınmaz əmlak İndeksi 106,7 bənd təşkil edib. Bu göstərici may ayı ilə müqayisədə 0,7 faiz, baza dövrü kimi qəbul edilən 2025-ci ilin dekabr ayına nisbətən isə 6,7 faiz yüksəkdir.

İyun ayında bazarın əsas hərəkətverici qüvvəsi yenə də torpaq seqmenti olub. Bu istiqamət üzrə indeks 118,1 bəndə yüksəlib ki, bu da tikinti və devoloper layihələri üçün nəzərdə tutulan torpaq sahələrinə, eləcə də premium ərazilərə tələbin yüksək səviyyədə qaldığını nümayiş etdirir. Eyni zamanda, may ayında qeydə alınan sürətli bahalaşmadan sonra qiymət artımının daha tarazlı mərhələyə keçməsi bazarda sabit dinamikanın formalaşdığını göstərir.

Mənzil bazarı da yüksəliş trayektoriyasını qoruyub saxlayıb. Yeni tikili mənzillər üzrə indeks 104,8, köhnə tikili mənzillər üzrə isə 104,0 bənd olub. Bu göstəricilər bazarın müxtəlif seqmentləri arasında balansın qorunduğunu, qiymət artımının isə əsasən fundamental bazar amilləri hesabına formalaşdığını göstərir. Premium layihələr qiymətlərin yüksəlməsinə dəstək versə də, ümumi bazarda struktur sabitliyi saxlanılıb.

Fərdi yaşayış evləri bazarında indeks 104,7 bənd səviyyəsində qərarlaşıb. Bu seqmentdə qiymət dinamikasının əsasən torpaq komponenti ilə müəyyənləşdiyi, xüsusilə premium və orta-yüksək qiymət zonalarında yerləşən obyektlərin bazar göstəricilərinə daha çox təsir etdiyi müşahidə olunur.

Kommersiya daşınmaz əmlakı bazarında da müsbət dinamika davam edib. Satış seqmenti üzrə indeks 104,8 bəndə yüksəlib. İcarə bazarında isə may ayında qeydə alınan aktiv artımdan sonra iyunda qiymətlərin sabitləşməsi prosesi müşahidə olunub və indeks 104,9 bənd təşkil edib. Bu tendensiya bazarın daha balanslı inkişaf mərhələsinə keçdiyini göstərir.

Kirayə mənzil bazarında qiymət sabitliyi qorunub. Yeni tikili mənzillər üzrə kirayə indeksi 101,0, köhnə tikili mənzillər üzrə isə 100 bənd səviyyəsində qalıb. Bu göstəricilər bazarda volatilliyin aşağı olduğunu və qiymətlərin əsasən ödəmə qabiliyyəti ilə uzlaşan çərçivədə formalaşdığını təsdiqləyir.

Qaraj bazarında isə əvvəlki ay müşahidə olunan yüksək artım tempinin zəiflədiyi qeydə alınıb. İndeks 110,6 bənd olsa da, bazar iyun ayında daha sabit və tarazlı qiymət dinamikasına keçid edib.

İyun ayının nəticələri göstərir ki, Azərbaycanın daşınmaz əmlak bazarı sağlam inkişaf trayektoriyasını qoruyur. Qiymət artımı bazarın ayrı-ayrı seqmentləri üzrə balanslı şəkildə davam edir, risk səviyyəsi aşağı olaraq qalır və struktur dayanıqlığı gücləndirən amillər üstünlük təşkil edir. Mövcud dinamika 2026-cı ilin ikinci yarısında bazarda kəskin qiymət dalğalanmalarının gözlənilmədiyini, artımın isə əsasən torpaq bazarı və premium seqment hesabına davam edəcəyini göstərir.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Palatası ölkədə daşınmaz əmlak, avtomobil və tikinti bazarları üzrə indeksləri hər ay açıqlayır.

İş elanları AzVak.az-da

daşınmaz əmlak bazarı daşınmaz əmlak indeksi Azərbaycan daşınmaz əmlak bazarı əmlak qiymətləri mənzil qiymətləri torpaq qiymətləri kommersiya daşınmaz əmlakı kirayə mənzil bazarı yeni tikili mənzillər köhnə tikili mənzillər fərdi yaşayış evləri qaraj bazarı Azərbaycan Qiymətləndiricilər Palatası AQP indeksi daşınmaz əmlak qiymət indeksi iyun ayı əmlak bazarı 2026 daşınmaz əmlak bazarı torpaq bazarı premium ərazilər premium mənzillər developer layihələri tikinti üçün torpaq sahələri kommersiya obyektləri kommersiya icarəsi mənzil kirayəsi əmlak bazarında artım əmlak bazarında qiymət sabitliyi əmlak bazarında tələb əmlak bazarında risklər daşınmaz əmlak proqnozu 2026-cı ilin ikinci yarısı Azərbaycanda əmlak bahalaşması Bakı daşınmaz əmlak bazarı torpaq sahələrinə tələb daşınmaz əmlak investisiyası əmlak bazarında struktur sabitliyi kompozit daşınmaz əmlak indeksi mənzil bazarında dinamika daşınmaz əmlak statistikası
03.07.2026 12:54
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19