Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
“Venesuellanın vitse-prezidenti Delsi Rodrigez, ABŞ tərəfindən Prezident Nikolas Maduro ələ keçirildikdən sonra ölkə Prezidentinin vəzifələrini yerinə yetirməlidir” - Venesuela Ali Məhkəməsinin qərarında deyilir.
Rodrigez bundan əvvəl açıq şəkildə bildirib ki, Venesuela heç vaxt başqa bir ölkənin koloniyası olmayacaq və Venesuelanın yeganə qanuni prezidenti Nikolas Madurudur.
Vitse-prezident həmçinin qeyd edib ki, ABŞ Venesuelaya qarşı saxta bəhanələrlə təcavüz aktı törədib.
Ölkə hakimiyyəti Nikolas Maduro və onun həyat yoldaşının dərhal azad edilməsini tələb edir və Venesuelanın xalqına məxsus təbii sərvətləri qoruyacaq.
Rodrigezin çıxışından əvvəl Donald Tramp bir çox bəyanatlarından birində Rodrigezin Vaşinqtonla hərəkətlərini koordinasiya etməyə və "hər şeyi lazım olduğu kimi etməyə" hazır olduğunu qeyd edib.
Sonra ABŞ dövlət katibi Marko Rubio The New York Times-a verdiyi şərhdə Venesuelanın vitse-prezidentinin təkzibedici bəyanatlarını qiymətləndirməkdən çəkinəcəyini, ABŞ-ın müvəqqəti hakimiyyəti yaxın günlərdə və həftələrdə onun hərəkətlərinə görə qiymətləndirəcəyini deyib və Rodrigezi ölkəyə xidmət etmək üçün "tarixi fürsətdən" istifadə etməyə çağırıb.
Nikolas Maduro Bruklində istintaq təcridxanasına gətirilib, - CNN xəbər verir.
ABŞ Venesuelaya və ölkənin lideri Prezident Nicolas Maduroya qarşı genişmiqyaslı əməliyyat həyata keçirib və Maduro həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkə xaricinə çıxarılıb.
Əməliyyatdan sonra açıqlama verən Tramp deyib: "Venesuelada düzgün keçidin baş verməsini istəyirik. Bu reallaşana qədər biz idarə edəcəyik".
ABŞ Prezidenti açıqlamalarından sonra jurnalistlərin suallarını cavablandırıb.
Venesuelanı idarə edəcəklərinə dair açıqlamasının nə demək olduğu soruşulduqda Tramp belə deyib:
“Orada bir qrup olmasını istəyirik. Neft şirkətlərinin milyonlarla dollarlıq investisiyalarından söhbət gedir. Onların zərəri ödənilməlidir. Oranı düzgün şəkildə idarə edəcəyik. Bu dəstələrin oradan təmizlənməsinə diqqət edəcəyik. Əgər ərazidə əsgər olması lazımdırsa, bundan da çəkinmərik. Ölkənin düzgün idarə olunmasına nəzarət edəcəyik. Çox ədalətli idarə edəcəyik. Xalqa pul verəcəyik. Oradakı neft sektorunu onsuz da biz qurmuşuq. Keçmiş prezidentlər bunların oğurlanmasına səssiz qaldılar. Gecikdik, amma nəhayət etdik.”
Hazırda fərqli insanları təyin etdiklərini, bunu zamanla açıqlayacaqlarını bildirib. Maduro-nun müavininin lazım olanı etməyə hazır olduğunu söyləyib.
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 d. əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
-
- 41 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Rəşad Nəbiyevin “Palantir” şirkətinin nümayəndələri ilə görüşü barədə
-
2 saat əvvəl
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
-
2 saat əvvəl
“Prior Leasing" bol qazanclı yeni istiqrazların buraxılışına hazırlaşır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Bank Respublika" Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
Rəsmi məzənnələr açıqlandı


























