ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
(®) Azərbaycan Dəmir Yolları QSC-nin istiqrazlarının emissiyası üzrə abunə yazılışı artıq başlayıb. Yeni buraxılış investorlar üçün USD valyutasında sabit gəlir əldə etmək və ölkənin strateji nəqliyyat qurumlarından birinin maliyyələşdirilməsində bilavasitə iştirak imkanı yaradır.
Bu emissiya kapital bazarlarında alətlərin çeşidinin genişləndirilməsi və investorlar üçün alternativ investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. ABB-İnvest İnvestisiya Şirkəti QSC ( ABB Invest) vasitəsilə investorlar ADY istiqrazları üzrə sifarişlərini birbaşa ABB mobile tətbiqi üzərindən, tam rəqəmsal və rahat şəkildə yerləşdirə bilərlər.
ABB Invest-dən bildirilib ki, bu istiqrazlar investorlar üçün alternativ investisiya aləti kimi çıxış edərək portfelin diversifikasiyasına töhfə verir, eyni zamanda USD valyutasında uzunmüddətli sabit və gəlir planlaması imkanı yaradır.
İstiqrazların əsas şərtləri:
• Valyuta: USD
• Nominal dəyər: 100 USD
• Kupon faizi: 7.0%
• Müddət: 5 il
• Faizlərin ödənişi: rüblük
• Ümumi buraxılış həcmi: 30 000 000 USD
• Təklif olunan istiqraz sayı: 300 000 ədəd
Abunə yazılışının son tarixi: 29.12.2025
Sifarişin həcminə dair hər hansı məhdudiyyət nəzərdə tutulmayıb.
İnvestorlar üçün üstünlüklər:
• USD valyutasında sabit və müntəzəm gəlir
• Dövlət şirkətinin qiymətli kağızlarına investisiya imkanı
• İnvestisiya portfelinin diversifikasiyası
• Tam rəqəmsal investisiya prosesi
İstiqrazların əldə edilməsi üçün ABB mobile tətbiqində “İnvestisiya” bölməsinə daxil olmaq kifayətdir.
Sifariş yerləşdirmək üçün: https://app.abb-bank.az/local_ipo_tab
050 268 33 99
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























