Qızılın qiyməti 4 500 dollara yaxın səviyyədə yeni rekord həddə çatıb; ABŞ–Venesuela gərginliyi diqqət mərkəzindədir
Çərşənbə axşamı qlobal bazarlarda qızılın qiyməti rekord səviyyəyə yüksələrək bahalaşmasını davam etdirib. Buna səbəb "təhlükəsiz sığınacaq" aktivlərinə tələbin ABŞ ilə Venesuela arasında artan geosiyasi gərginlik fonunda güclənməsi olub.
Marja xəbər verir ki, ilin sonu tətilləri ilə əlaqədar olaraq ticarət həcmlərinin zəif olması qızıl və digər qiymətli metallar üzrə qiymət hərəkətlərini daha da kəskinləşdirib. Bazar ertəsi qızıl və gümüş rekord səviyyələrə çatıb, platin və palladium isə çoxillik maksimumları yeniləyib.
Qızılın unsiyasının qiyməti 1% artımla 4484,02 dollar səviyyəsində ticarət olunub. Gün ərzində qiymət 4497,82 dolları da görərək, rekord həddə yüksəlib.
Fevral ayı üzrə qızıl fyuçersləri isə 1,3% bahalaşaraq unsiyası 4530,30 dollarla pik səviyyəyə çatıb.
ABŞ–Venesuela gərginliyi təhlükəsiz "sığınacaq tələbatını" artırır
Qızıl və digər qiymətli metallara olan "təhlükəsiz sığınacaq" yönümlü tələbat ABŞ ilə Venesuela arasında gərginliyin artması fonunda yüksəlib. ABŞ Hərbi Dəniz Qüvvələrinin Cənubi Amerika ölkəsi ilə əlaqəli üçüncü bir neft tankerini ələ keçirməyə cəhd göstərməsi bu gərginliyi daha da artırıb.
ABŞ Prezident Donalda Tramp Venesuela Prezident Nikolas Maduro əleyhinə ritorikasını davam etdirərək mümkün dəniz hücumu ilə bağlı xəbərdarlıq edib. Tramp həmçinin Venesuela sahilləri yaxınlığında ələ keçirilən Çin tankerindəki neftin ABŞ tərəfindən saxlanılacağını bildirib.
Digər tərəfdən, İranın raket təlimləri keçirməsi də Yaxın Şərqdə gərginliyi artırıb. Xüsusilə İsrailin Tehrana qarşı mümkün yeni zərbələr barədə Vaşinqtonu məlumatlandırmağı planlaşdırdığına dair xəbərlər bu gərginliyi daha da gücləndirib.
FED-in faizlərə daha da aşağı salacağı gözləntiləri qızılı dəstəkləyir
ABŞ-da inflyasiyanın zəifləməsi ilə bağlı mənzərə də qızılın bahalaşmasını dəstəkləyib. Keçən həftə açıqlanan ABŞ istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) gözləntilərdən aşağı olub və bu, bazarların Federal Ehtiyat Sisteminin (FED) 2026-cı ildə iqtisadiyyatı dəstəkləmək üçün bir neçə faiz endirimi edəcəyi ilə bağlı gözləntilərini gücləndirib.
Faiz dərəcələrinin aşağı olacağına dair gözləntilər qızılı faiz gətirən aktivlərlə müqayisədə daha cəlbedici edir.
ABŞ dollarının zəifləməsi və Xəzinədarlıq istiqrazlarının gəlirliliyinin aşağı səviyyədə qalması da qızılın möhkəmlənməsinə töhfə verib. İlin sonuna təsadüf edən zəif ticarət şəraitində bu amillər qiymət hərəkətlərini gücləndirib və investorlar bayramlar ərəfəsində portfellərini daha müdafiə xarakterli mövqelərə yönəldiblər.
Gümüş və digər qiymətli metallar da qızılın yüksəlişini təkrarlayaraq yeni maksimumlara çatıb.
Gümüşün qiyməti 1%-dən çox artaraq unsiya üzrə 69,982 dollarla yeni rekord səviyyəyə yüksəlib. Platin isə 2,5% bahalaşaraq unsiyası 2 185,78 dollara çatıb və 17 ildən artıq müddətin ən yüksək səviyyəsində qalıb.
Palladiumun qiyməti 3%-dən çox artaraq unsiyası 1830,57 dollar olub.
London Metal Birjasında etalon mis fyuçersləri bir ton üçün 11 mib 918,25 dollar səviyyəsində sabit qalıb, ABŞ-da mis fyuçersləri isə bir funt üçün 5,50 dollar səviyyəsində qalaraq dəyişməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
15 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
15 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 15 saat əvvəl
-
16 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















