Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Quyularda neft azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Quyularda neft azalır: bp maksimum hasilat üçün Xəzərə yeni texnologiya gətirir - Çoxmilyonluq müqavilə imzalanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru kimi dünya neft və qaz sənayesinin ən müasir texnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Bu səylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatı gücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağın istismar müddətini uzatmaqdır.

"bp-Azərbaycan"ın yaydığı məlumatda bildirilir ki, bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Bu işlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq. Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşma təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkan verəcək və bununla da yatağın bundan sonrakı potensialının üzə çıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtı müdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün bu proqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən - gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu o deməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək və bütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq. “Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğun texniki baza kimi seçilib.

bp şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıq iki əsas müqavilə imzalayıb:

QDYM xidmətləri üçün Oceaneering International şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidə yerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçinin layihənin idarə olunması, mühəndislik işləri, sistemlərin inteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların, materialların və inşa işlərinin təmin edilməsi daxildir.

QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti ilə çoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılması işlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasını sadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğunun təmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqli nasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcə də bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təmin edilməsi daxildir.

Qeyd edilib ki, bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadək başlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyu əməliyyatları üzrə vitse-prezidenti Rassel Morris: “Hesab edirik ki, QDYM texnologiyası - xüsusilə də Dərinsulu Günəşli ərazisindəki quyulara BORİS sisteminin tətbiqi - bizə sualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqinin idarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivli imkanları müəyyən etməyə imkan verəcək. bp-nin qlobal əməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakı təcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimiz gəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımıza inanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq və imkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizim sualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyli artırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərində yeni səhifə açır.”

 

27.10.2025 12:54
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar