Nəhəng bankdan qızıl investorlarına xəbərdarlıq: "Rekordlar normal deyil, bu, bir xəbərdarlıq siqnalıdır”
ABŞ-ın “Goldman Sachs” investisiya bankının vitse-prezidenti Robert Kaplan qızılın hər gün yeni rekordlar qırmasının adi hal olmadığını və bu prosesin müsbət siqnal kimi qiymətləndirilməməli olduğunu bildirib.
Marja xəbər verir ki, Kaplan deyib: “Qızılın 4 min dollar həddini aşaraq yeni rekorda çatması əslində xəbərdarlıq siqnalı olmalıdır. Hazırda təhlükəsiz liman kimi ABŞ istiqrazları yox, qızıl seçilir. Dəyərli metalın ilin əvvəlindən bəri təxminən 50%-lik yüksəlişi diqqətdən kənarda qalmamalıdır”.
Qızıl bazarlarında tarixi yüksəliş davam edir. Qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin artması fonunda investorlar yenidən “təhlükəsiz liman” olan qızıla üz tuturlar. Çərşənbə günü qızılın unsiyasının qiyməti 4 min dolları keçərək tarixi zirvəsini görüb. ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz endirimlərini davam etdirəcəyi gözləntiləri də bu artımı dəstəkləyib. Hazırda qızıl 4 min 45 dollar səviyyələrində ticarət olunur.
Qeyd edək ki, Goldman Sachs daha əvvəl 2026-cı ilin sonuna qədər qızılın qiymətinə dair proqnozunu 4 min 900 dollar səviyyəsində açıqlamışdı.
"Bank of America": Qızılın kəskin bahalaşması dövrü sona çatır
Xəbər verdiyimiz kimi, "Bank of America" (BofA ) qızıl bazarındakı kəskin qiymət artımının sonunun çatdığı barədə xəbərdarlıq edib.
Qurumun məlumatına görə, qiymətinin yüksəliş (bahalaşma) tendensiyasında "yorulma" əlamətləri müşahidə olunur.
BofA qeyd edib ki, qızılda "ralli" (qiymət artımı) artıq "yüksək qızma” siqnalları verir və rekord səviyyələrdən sonra dördüncü rübdə bazarda dayanma və ya korreksiya mərhələsi (qiymətin düşməsi) müşahidə oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















