Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil

Tesla, ucuz olacağı deyilən modellərini təqdim etdi - Qiymətləri gözlənildiyi qədər aşağı olmadı. Yeni modellərin açıqlanan 39 990 və 36 990 dollar başlanğıc qiymətləri, əvvəlkilərdən cəmi 5 min dollar ucuzdur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tesla-nın “xalq avtomobillərinin” qiymətləri bəyənilmədi— yeni modellər gözlənildiyi qədər ucuz deyil
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın elektromobil istehsalçısı Tesla, ən çox satılan modelləri olan Model Y SUV-nin və Model 3 sedanının “daha uyğun qiymətli” versiyalarını təqdim edib.

Marja.az xəbər verirk i, lakin açıqlanan 39 990 və 36 990 ABŞ dolları başlanğıc qiymətləri analitiklər tərəfindən “yeni alıcı qrupu üçün hələ də çox yüksək” qiymətləndirilib.

İlon Maskın 30 min dollarlıq vədi reallaşmadı

Tesla-nın baş direktoru Elon Musk (İlon Mask), ötən il verdiyi açıqlamada markanın daha geniş müştəri kütləsinə çata bilməsi üçün qiymətin vergi güzəştlərindən sonra 30 min dollardan aşağı enməsinin “mühüm” olduğunu demişdi. Lakin təqdim edilən yeni modellərin qiymətləri bu səviyyədən xeyli yuxarıdır.

Tədbiq olunan vergi güzəştləri bitdi, satışlar azalır

Tesla, Avropa və Çin bazarlarında artan rəqabət və ABŞ-da 7500 dollarlıq vergi güzəştinin başa çatmasından sonra satışlarda yaranan azalmaya qarşı tədbirlər görməyə çalışır. Yeni “Standard” versiyalarında bəzi lüks avadanlıqlardan imtina edilsə də, 480 km-dən çox yürüş məsafəsi təklif olunur.

Lakin bazarda reaksiyalar qarışıq olub. Açıqlamadan sonra Tesla səhmlərinin dəyəri 4,5% düşərək kəskin eniş göstərib. Wedbush analitiki Dan Ives bildirib ki, “Qiymət endirimi gözləniləndən çox azdır. Yeni modellər əvvəlkilərdən cəmi 5 min dollar ucuzdur.”

“Bu bir qiymət manevridir, yenilik deyil”

"Futurum Equities" şirkətinin baş strateqi Şey Boloor, Tesla-nın bu addımını belə şərh edib:

“Bu daha çox qiymət siyasəti dəyişiklikdir, əsl məhsul yeniliyi deyil. Yeni tələb dalğası yaradacağını düşünmürəm.”

Ekspertlərin fikrincə, Tesla-nın yeni modelləri Chevrolet Equinox, Hyundai Ioniq 5 və Kia EV4 kimi 2026-cı ildə bazara çıxacaq daha ucuz rəqiblərlə rəqabət aparmalı olacaq.

Investorlar: Tesla modellərinin qiyməti 30 min dollarıdan aşağı düşməlidir

"Camelthorn Investments" şirkətindən Şon Kembell qeyd edib ki, “Bu addım kifayət deyil. Çinli istehsalçıları ilə rəqabət üçün Tesla-nın qiyməti 30 min dollardan aşağı endirməsi lazımdır.”

Avropa bazarında isə Elon Musk-ın son siyasi çıxışları şirkətin sadiq müştəri bazasını zəiflədir. Hazırda bu regionda qiyməti 30 min dollardan aşağı olan bir çox elektrikli avtomobil modeli satışdadır.

Yeni modellərin təhvil verilməsinə 2025-ci ilin sonunda başlanacaq

Yeni Model Y Standard və Model 3 Standard versiyaları artıq sifariş üçün açıqdır. İlk təvil 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı aralığında həyata keçiriləcək.

Tesla Model Y Model 3 Elon Musk xalq elektrikli avtomobili elektrikli avtomobil uyğun qiymət qiymət strategiyası ABŞ avtomobil bazarı Avropa bazarı Çin bazarı vergi güzəştləri satışların azalması Wedbush Futurum Equities Chevrolet Equinox Hyundai Ioniq 5 Kia EV4 investor reaksiyası elektrikli avtomobil rəqabəti 30 min dollar vədi tesla qiymət endirimi tesla səhm dəyəri elektrikli avtomobil sektoru
08.10.2025 11:27
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18